HƏLLOLAN ŞÜŞƏ - qәlәvi metalların hәll olan silikatlarının әrintilәrinin soyudulmasından alınan şәffaf, bәrk amorf material. Ümumi formulu R2O·mSiO2, burada R - Na, K vә s., m - silisium-oksid modulu; silikat sәnayesinin әn әhәmiyyәtli mәhsullarından biridir. Natriumlu (m = 1,5- 3,5), kaliumlu (m = 4,5), qarışıq kalium-natriumlu (m < 3,5) vә xüsusi - seziumlu, rubidi umlu vә s. H.ş. fәrqlәndirilir. H.ş. rәngsiz vә ya dәmir, titan vә s. oksidlәrinin qarışığı hesabına açıq sarı, yaşıl vә ya mavi rәngә boyanmış maddәdir; hiqroskopikdir; suda 120-170°C-dә hәll olaraq maye şüşә әmәlә gәtirir. H.ş. şüşәbişirәn sobalarda qeyri-üzvi şüşәnin hazırlanması texnologiyası üzrә kvarsqumu vә Na2CO3-dәn (sodalı H.ş.) vә ya kvars qumu, Na2SO4 vә kömürdәn (sulfatlı H.ş.) müvafiq olaraq 1350-1400°C (m<3) vә ya 1450-1500°C (m>3) temp-rda, alınır. H.ş. silikat-iri parça vә silikat-dәnәvәr şәklindә buraxılır. İstehsal olunan H.ş.-nin ümumi miqdarının 90%-dәn çoxu natriumlu H.ş.-nin payına düşür. H.ş. maye şüşә istehsalında xammal kimi tәtbiq olunur, narın üyüdülmüş şәkildә daha az istifadә olunur.










