Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏLLOLMA 
    HƏLLOLMA – makroskopik bircinsli (homogen) termodinamik davamlı sistemlәrin (mәhlulların) iki vә ya bir neçә komponentdәn әmәlә gәlmәsinin kütlә-mübadilә prosesi. Adәtәn mәhlulun öz aqreqat halında olan vә böyük miqdarda götürülmüş komponenti hәlledici, digәr komponentlәri isә hәllolan maddәlәr adlanır. Hәllolan maddәlәr bәrk, qaz (buxar) vә maye hallarında ola bilәr. Fiziki, kimyәvi vә elektrokimyәvi H. ayırd edilir. Fiziki H. zamanı hәllolan maddәnin mәhlula keçmәsi hәllolan maddәnin kimyәvi tәrkibinin dәyişmәsi ilә müşayiәt olunmur; kimyәvi H. nәticәsindә hәllolan maddәnin kimyәvi tәrkibi dәyişir; elektrokimyәvi H. Elektrik sahәsinin sistemә tәsiri nәticәsindә maddәlәrin ionlarla әlavә daşınması ilә müşayiәt olunur. Bir sıra hallarda fiziki H. zamanı hәlledici molekulları hәllolan maddәnin molekulları vә ya ionları ilә birlәşmәsi – solvatlaşması (hәlledici su olduqda hidratlaşması) baş verir ki, bu da belә prosesi kimyәvi H.-ya yaxınlaşdırır. İstilik effektlәri vә bәzi hallarda mәhlulun rәnginin dәyişmәsi kimyәvi H.-nın baş vermәsini tәsdiq edir. H.-nın energetik xarakteristikası mәhlulun әmәlәgәlmә istiliyidir; bu prosesinin bütün mәrhәlәlәrinin [mәs., kristal qәfәsin dağılması, molekullarda rabitәlәrin qırılması (istiliyin udulması), hәllolan maddәnin vә hәlledicinin qarşılıqlı tәsirindәn mәhsulların әmәlә gәlmәsi (istiliyin ayrılması)] istilik effektlәrinin cәbri cәmindәn ibarәtdir. Doymuş mәhlulda maddәnin 100 q hәlledicidәki kütlәsi hәllolma qabiliyyәti adlanır. H. Hәm hәll olan maddәnin, hәm dә hәlledicinin tәbiәtindәn asılıdır. Belә ki, ion tipli maddәlәr polyar hәlledicilәrdә yaxşı, qeyri-polyar hәlledicilәrdә pis; molekulyar tipli maddәlәr isә әksinә qeyri-polyar hәlledicilәr dә yaxşı, polyar hәlledicilәrdә pis hәll olur. Suda hәllolma qabiliyyәtinә görә kristal maddәlәr üç qrupa bölünür: yaxşı hәll-olanlar (100 q suda 1 q-dan çox); az hәll-olanlar (100 q suda tәqr. 0,01–1,0 q); praktiki olaraq hәllolmayanlar (100 q suda 0,01 q-dan az). Qarışdırma, hәllolan maddәnin xırdalanması, hәmçinin müxtәlif fiziki sahәlәrin (ulturasәs, vibrasiya vә s.) tәsiri H.-nın intensivlәşdirilmәsinә kömәk edir. H. sәnayenin kimya, әczaçılıq, metallurgiya vә digәr sahәlәrindә xammalın, yarım mәhsulların işlәnilmәsindә, mәqsәdli mәhsulların alınmasında geniş istifadә olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU