HƏLLOLMA QABİLİYYƏTİ – maddәnin digәr maddә (vә ya maddәlәr) ilә komponentlәri dispers paylanmış homogen qarışıqlar (mәhlullar) әmәlәgәtirmә qabiliyyәti. Qazın, mayenin vә ya bәrk maddәnin maye hәlledicidә H.q. miqdarca doymuş mәhlulun verilmiş temp-r vә tәzyiqdә qatılığı ilә ölçülür. Hәllolan maddәnin artığı ilә tarazlıqda olan mәhlul doymuş mәhlul adlanır. H.q. hәlledicinin vә hәllolan maddәnin molekullarının fiziki vә kimyәvi qohumluğu, mәhlulun eyni vә müxtәlif növ komponentlәrinin qarşılıqlı tәsir enerjilәrinin nisbәti ilә müәyyәn olunur. Fiziki vә kimyәvi xassәlәrinә görә oxşar olan maddәlәr, bir qayda olaraq, bir-birindә yaxşı hәll olur (“oxşar oxşarda hәll olur” empirik qaydası). Mәs., polyar molekullardan ibarәt vә ion tipli rabitәsi olan maddәlәr polyar hәlledicilәrdә (su, etanol, maye ammonyak), qeyri-polyar maddәlәr isә qeyri-polyar hәlledicilәrdә (benzol, karbon-sulfid) yaxşı hәll olur. Mәs., qarışıqların ayrılmasının mühüm üsulu olan ekstraksiya bu qanunauyğunluqlara әsaslanır. H.q.-nin temp-r vә tәzyiqdәn asılılığı, tarazlığın yerdәyişmәsinin ümumi prinsipi (bax Le Şatelye – Braun prinsipi) ilә müәyyәn edilir. Belә ki, qazların (hәlledici ilә kimyәvi reaksiyaya girmәyәn) suda hәllolması ekzotermik proses olduğuna görә, temp-r artdıqca onların suda H.q. azalır. Qazlar üzvi hәlledicilәrdә çox vaxt istiliyin udulması ilә hәll olduğundan temp-r yüksәldikcә onların H.q. artır. Sabit temp-rda qeyri-elektrolitin ideal duru binar mәhlulu әmәlә gәldikdә qazın H.q. (mәhlulda molyar hissәsi) onun mәhlul üzәrindәki parsial tәzyiqi ilә mütәnasibdir (bax Henri qanunu). Tәzyiq yüksәldikcә qazın H.q.-ni tәyin etmәk üçün onun xassәlәri ideal qazınkından kәnara çıxdığına görә, parsial tәzyiq uçuculuqla әvәz edilir. Maye – maye sistemlәr (maye qarışıqlar) müxtәlif növlәrә ayrılır: bir-biri ilә bütün nisbәtlәrdә qarışan (mәs., su – etanol sistemi); bir-birindә praktiki olaraq hәll olmayan (su – civә); bir-birindә qismәn hәll olan (su – dietil efiri). Əksәr hallarda temp-run yüksәlmәsi ilә mayelәrin qarşılıqlı H.q. artır vә qaynama temp-runa çatmamış müәyyәn bir temp-rda hәr iki maye bir-biri ilә bütün nisbәtlәrdә qarışır; bu temp-r hәllolmanın böhran temp-ru vә ya qarışmanın yuxarı böhran nöqtәsi adlanır. Bәzi sistemlәrdә qarşılıqlı H.q. temp-run azalması ilә artır vә müәyyәn bir temp-rdan aşağı temp-rlarda mayelәr bir-birindә qeyri-mәhdud hәll olur. Bu temp-ra hәllolmanın aşağı böhran nöqtәsi deyilir. Aşağı vә yuxarı böhran nöqtәlәri olan sistemlәr mәlumdur. Tәzyiqin H.q.-nә tәsiri maddәnin molyar hәcminin vә onun mәhlulda parsial molyar hәcminin tәzyiq ilә necә dәyişmәsindәn asılıdır. Mayelәrin qarşılıqlı H.q. tәzyiqdәn az asılıdır. Bәrk maddәlәrin mayelәrdә hәll olması istiliyin udulması ilә baş verdikdә H.q. temp-r yüksәldikcә artır. Solvatlaşma enerjisi kristal qәfәsin dağılması üçün lazım olan enerjidәn çox olduqda hәllolma ekzotermiki prosesdir vә H.q. temp-r artdıqca azalır. H.q.-nin tәdqiqi termiki analiz üsulları ilә aparılır; alınan nәticәlәr hal diaqramının xüsusi halı olan H.q. diaqramları şәklindә tәsvir edilir. H.q. diaqramlarından istifadә edilmәsi verilmiş temp-rda birgә mövcud olan fazaları vә onlara uyğun mәhlulların tәrkibini müәyyәn etmәyә, buxarlanma, mәhlullardan kristallaşma vә s. Proseslәrin hesablanmasına imkan verir ki, bu da bir çox texnoloji proseslәrin әsaslandırılmasında vacibdir.










