Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏLMƏŞİKLƏR 
    HƏLMƏŞİKLƏR – bәrk cismin bәzi әlamәtlәrinә (kiçik sürüşmә gәrginliyindә axıcılığın olmaması, formasını, nәzәrә çarpan möhkәmlik vә elastikliyini saxlama qabiliyyәti) malik olan yüksәkmolekullu birlәşmәlәrin kiçikmolekullu mayelәrdә mәhlulları. Polimerlәrin zәncirvari makro -molekulları molekullararası qarşılıqlı tәsir qüvvәlәri, hidrogen, ion vә ya kovalent rabitәlәr ilә fәzavi tor şәkilindә birlәşdikdә H. әmәlә gәtirir. Fәzavi torlar maye mәhlulların komponentlәrindәn makromolekulların “köndәlәn rabitәlәr” ilә “tikilmәsinә” vә sistemin özlüyünün artmasına gәtirib çıxaran polimerlәşmә, polikondenslәşmә reaksiyaları nәticәsindә sintez edilә bilәr. Davamlı qatı H. yüksәk molekullu cisimlәrin, o cümlәdәn fәzavi polimerlәrin mәhdud şişmәsi zamanı әmәlә gәlir. H. almaq üçün çox vaxt yüksәk molekullu maddәlәrin maye mәhlullarını axıcılıq temp-rundan aşağı soyutmaq vә ya hәlledicinin bir hissәsini buxarlandırmaq kifayәtdir. Bu yolla alınmış duru H. çox vaxt davamsız (metastabil) olur; zaman (vaxt) keçdikcә onlar sinerezisә uğrayır, yәni hәcmcә kiçilәrәk vә maye faza ayıraraq öz-özünә qatılaşır. Fәzavi toru möhkәm kimyәvi rabitәlәr hesabına әmәlә gәlmiş H. temp-r yüksәldikdә maye-axıcılıq halına keçmir. Makromolekulları bir-biri ilә davamsız hidrogen rabitәlәri vә ya molekullararası qarşılıqlı tәsir qüvvәlәri ilә birlәşmiş H. temp-r yüksәldikdә özlüaxıcılıq, aşağı düşdükdә isә şüşәvarı hala (dönәn) keçir. Termoplastik polimerlәr kiçikmo lekullu hәlledicilәrlә zәnginlәşdirdikdә onların axıcılıq vә şüşәlәşmә temp-rları aşağı düşür, yüksәk elastiklik sahәsi aşağı temp-rlar zonasına doğru yerini dәyişir, sistemin ümumi deformasiyalaşması yüksәlir. Bu hadisә polimerlәrin plastifikasiyalaşdırılmasında onların istismar xassәlәrini yaxşılaşdırmaq vә mәmulatların alınma proseslәrini asanlaşdırmaq üçün istifadә edilir. Tәrkibindә böyük miqdarda (bәzәn 99,9%-әdәk) kiçik molekullu mayelәr olan yüksәkmolekullu maddәlәrin nisbәtәn davamlı H. әmәlәgәtirmә qabiliyyәti bir çox qida mәhsullarının hazırlanmasında әhәmiyyәtlidir; bu zaman tәbii hәlmәşik әmәlә gәtirәn maddәlәr kimi aqar, pektin, jelatin, nişasta istifadә edilir. Lak-boya örtüklәrinin, yapışdırıcı maddәlәrin, süni vә sintetik liflәrin, plyonkaların, tәbii vә süni dәrilәrin texnologiyasındakı çoxlu sayda proseslәr H.-in alınması vә onların xassәlәrindәn istifadә edilmәsi ilә bağlıdır. Molekulyar fәzavi torla qarşılıqlı tәsirdә olan vә onun xassәlәrini dәyişdirәn maddәlәrin H.-ә diffuziyası (mәs., şişmiş kollagenin, jelatinin vә d. zülalların aşılanması, hәmçinin lifli materialların boyanma proseslәrindә) böyük әhәmiyyәt kәsb edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU