Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏMAS 
    HƏMAS (әr. – “Hәrәkәt әl-müqavәmә әl-islamiyyә”nin abbreviaturası – İslam müqavimәt hәrәkatı; mәnası “ruhlandırma”, “canlandırma” olan “hәmas” kimi dә oxunur) – Fәlәstin milli administrasiyasının (FMA) aparıcı partiyalarından biri; 2007 ildәn Qәzza sektorunda hakim partiyadır. Qәzzada 1987 ildә “1-ci intifada”dan (әr. intifada – üsyan) az sonra Müsәlman qardaşları vә “İslamicihad”ın Fәlәstin şöbәlәri bazasında Əhmәd Yasin tәrәfindәn yaradılmışdır. 1988 ildә siyasi partiyaya çevrilmiş vә yәhudi dövlәtinin mәhvi, dünyәvi millәtçilikdәn imtina vә islam respublikasının elan edilmәsi kimi ideyaları öz Mәramnamәsinә daxil etmişdir. İsrailә qarşı ilk terror aktlarından sonra Yasin hәbs edildi (1989). Partiya 1993 ildә Oslo ş.-n -dәki razılaşmaları vә FMA-nı tanımadı vә 1996 ildә Fәlәstin qanunverici şurasına ilk seçkilәri boykot etdi. 1997 ildә Yasin HƏMAS-ın Siyasi bürosunun sәdri X. Mәşәlә qarşı sui-qәsddә iştirak etmiş Mossad agentlәrinә dәyişdirilәrәk azad edildi. “Əl-Əqsa intifadası”nın başlaması (2000) ilә bu partiya intiharçı-terroristlәrdәn kütlәvi şәkildә istifadә etdi. 2004 ildә İsrail müdafiә ordusu (SAHAL) tәrәfindәn Yasin vә onun varisi Əbdülәziz әr-Rәntisi qәtlә yetirilsә dә, Y.Ərәfatın ölümündәn sonra FƏTH-in mövqelәrinin zәiflәmәsi HƏMAS-ın FMA-nın ictimai-siyasi hәyatına fәal qoşulmasına imkan yaratdı (2004 il dekabr – 2005 il yanvar bәlәdiyyә seçkilәrindә qәlәbә). 2005 ilin payızında SAHAL-ın Qәzza sektorundan çıxarılması şәraitindә HƏMAS 2006 ilin fevralında Fәlәstin qanunverici şurasına seçkilәrdә mandatların mütlәq çoxluğunu qazandı vә martda İ. Hәniyәnin başçılığı altında hökumәti formalaşdırdı. HƏMAS-ın rәsmi Tәl-Əvivlә әldә olunmuş bütün razılaşmalardan imtina etmәsi vә terror siyasәti yürütmәsi FMA-nın bir sıra keçmiş sponsorlar tәrәfindәn iqtisadi boykot edilmәsi ilә nәticәlәndi. HƏMAS-ın FƏTH-lә münaqişәsi oktyabrda әn gәrgin dövrünü yaşadı (Hәniyәyә qarşı sui-qәsd), 2007 ilin fevralında koalisiya hökumәtinin yaradılması ilә müvәqqәti sәngisә dә, iyunda yenidәn bәrpa oldu: HƏMAS Qәzza sektorunda hakimiyyәti әlә keçirdi vә orada islam dövlәti yaratmaq niyyәtini bәyan etdi (FƏTH-in lideri M. Abbas yalnız İordan çayının qәrb sahilini nәzarәtdә saxladı). Oktyabrda İsrail Qәzza sektorunu qismәn blokadaya aldı, 2008 ilin dekabrı – 2009 ilin yanvarında isә HƏMAS-ın hәrbi infrastrukturunu mәhv etmәk mәqsәdilә hәrbi әmәliyyat keçirdi. 2011 ilin mayında Qahirәdә FƏTH, HƏMAS vә FMA-nın digәr 11 siyasi hәrәkat vә qruplaşmaları arasında Fәlәstindә daxili sülhün әldә olunmasına dair saziş imzalandı. HƏMAS Avropa İttifaqı, ABŞ vә İsraildә (B. Britaniyada yalnız hәrbi qanadı) terrorçu tәşkilat kimi tanınmış, Misir vә İordaniyada isә qadağan edilmişdir. RF onu terror tәşkilatı hesab etmәsә dә, hәyata keçirdiyi terror aktlarını pislәyir. HƏMAS-ın hәrbi qanadı “İzzәddin әl-Qәssam briqadası”nın hesabatına görә, 1988–2011 illәrdә onlar 1100 aksiya keçirmiş, bu zaman tәqr. 1,9 min intiharçı ölmüşdür; İsrail tәrәfindәn ölәnlәrin sayı 1,4 min, yaralılar isә 6,4 min nәfәr olmuşdur.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU