HƏMASƏ (әr.
– şücaәt, igidlik) – 6–9 әsrlәr klassik әrәb poeziyası antologiyalarının adı. “H.” adı antologiyaların әrәb döyüşçülәrinin şücaәtinә hәsr olunmuş birinci bölmәsinin sәrlövhәsindәn götürülmüşdür. İki H. mәşhurdur. Əbu Tәmmamın tәrtib etdiyi ilk H.-yә tәqr. 570 islamaqәdәrki әrәb şairinin әsәri daxil edilmişdir. Buhturinin tәrtib etdiyi H.-dә isә 600-ә yaxın şairin şeirlәri verilmişdir. Qәdim әrәb әdәbiyyatı nümunәlәrinin çoxu mәhz H.-lәr sayәsindә qorunaraq zәmanәmizә qәdәr gәlib çatmışdır. H.-nin әsas formaları qәsidә vә qәzәllәrdir.










