HƏMAYİL (әr.
) – insanı xәstәlik, cadu, bәdnәzәr vә s. xoşagәlmәz hadisәlәrdәn qoruduğuna inanılan әşya; amulet. H.-in gücünә inam magiya vә fetişizmlә bağlıdır. İlahiyyat alimlәri H.-dәn istifadәyә qarşı olsalar da, xalq arasında geniş yayılmışdır. H. adәtәn yazılı, şәkilli, yaxud işarәli kağızdan ibarәt olur. Tәsadüfi tapılmış (balıqqulağı, daş, sümük), yaxud xüsusi hazırlanmış qiymәtli kiçik әşyalar da H. kimi istifadә edilir; bunlara yazılar vә şәkillәr dә әlavә olunur. Ölçülәri vә formaları müxtәlif olan H.-lәr medalyona, kisәciyә yerlәşdirilir, üst geyimә taxılır, yaxud da bilәrzik, üzük, boyunbağı vә s. bәzәk әşyası kimi gәzdirilir. Allahın adları (әsmai-hüsna), mәlәklәrin adı, Qurandan ayәlәr (xüsusilә 2:255-257; 9:129; 68:51; “Fatihә”, “Nas”, “Fәlәq” surәlәri vә s.) yazılmış, hәmçinin astroloji simvolların (zodiak bürclәri), әrәb rәqәm vә hәrflәrinin tәsvir olunduğu H.-i gәzdirmәk geniş yayılmışdır. Azәrb. da daxil olmaqla bir çox müsәlman ölkәsindә göz muncuğu vә Fatimә әli (bax Xәmsә, Əlәm) H. kimi mәşhurdur. Orta әsrlәrdә müsәlman dünyasında H.-lәrin fövqәl tәbii xüsusiyyәtlәri barәdә bir çox әsәr (yunancadan tәrcümә olunmuş, yaxud müsәlman müәlliflәrә mәxsus) yazılmışdır. H.-lәrin mәnşәyi vә hazırlanması üsulu Adәm, Süleyman, Tianalı Apolloni (müsәlman mәnbәlәrindә Bәlinus әl-Hәkim) vә Hermes Trismegistin (bax Hermetizm) adı ilә bağlıdır.

“Fatimә әli” hәmayili.










