Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏMDANİLƏR 
    HƏMDANİLƏR ) – 905– 1004 illәrdә Şimali Mesopotamiya vә Şimali Suriyada hakimiyyәtdә olmuş әrәb sülalәsi. Rәbiә qәbilәsinin Tәğlib qoluna mәnsub idilәr. Sülalәnin banisi Hәmdan ibn Hәmdun Rәqqadan köçәrәk Şimali Mesopotamiyada, Mosul ş. yaxınlığında mәskunlaşmışdı. H. 868 ildә xaricilәrlә döyüşlәrdә әldә etdiklәri uğurlardan sonra nüfuz qazanmışdılar. 885 ildә Mardin qalasını әlә keçirsәlәr dә, bir müddәt sonra xәlifә ordusuna tәslim etmәk mәcburiyyәtindә qalmışdılar. Hәmdanın oğlu Hüseyn 896 ildә xaricilәri mәğlub edәrәk başçılarını әsir götürmüş, 904 ildә Suriyada vә Misirdә müvәffәqiyyәt qazanmış, lakin xәlifәnin Misir valisi olmaq tәklifini qәbul etmәmişdi. 918 ildә Abbasi xәlifәsi Müqtәdirә qarşı Hüseynin başçılığı ilә hazırlanan sui-qәsd planı aşkarlandıqdan sonra Hüseyn öldürülmüşdür. Hәmdanın xәlifәyә sadiq qalan digәr oğulları Əbül-Heca Mosulun (905/906), İbrahim Diyarrәbiәnin (919), Sәid isә Nәhavәndin valisi (924) tәyin edilmişdilәr. Əbül-Heca 919 ildә Azәrb. valisi Yusif ibn Əbus-Sacın qiyamının yatırılmasında iştirak etdikdәn sonra Xorasan vә Dinәvәrin valiliyi dә ona verilmişdi. Qәrmәtilәrlә mübarizә aparmış, 927 ildә Bağdadı onların hücumundan qorumuşdu. Dinәvәr valiliyindәn uzaqlaşdırıldıqdan sonra Bağdada gedәrәk xәlifә Müqtәdiri devirmiş, yerinә Qahiri taxta çıxarmışdı. Yeni xәlifә Hulvan, Dinәvәr, Hәmәdan vә Kirmanşahın idarәsini ona hәvalә etmişdi. Lakin az sonra Müqtәdir yenidәn xәlifә elan olunmuş vә bu hәrc-mәrclik zamanı Əbül-Heca ölmüşdür (929). Onun ölümündәn sonra H. iki qola ayrılmışdır.
    H.-in Mosul qolunun banisi, Əbül-Hecanın oğlu Nasirüddövlә Hәsәn xәlifә Razi-Billahın ordusunu mәğlub edәrәk Mosulu geri qaytarmış, hәmçinin Diyarrәbiә, Diyarmudar vә Diyarbәkiri tutmuşdur. Onun hakimiyyәt dövrü Abbasilәr vә Büveyhilәrә qarşı mübarizә ilә müşayiәt olunmuşdur. Büveyhi Muiziddövlә Mosulu tutaraq Nasirüddövlәnin oğlu Əbu Tәğlib Qәzәnfәri hakimiyyәtә gәtirmişdi (964). Bu hadisәlәrdәn sonra sürgün olunan Nasirüddövlә 969 ildә vәfat etmişdir. Əbu Tәğlib öldürüldükdәn (979) sonra qardaşlarının hakimiyyәti geri qaytarmaq cәhdlәri uğursuz olmuş, H.-in Mosuldakı hakimiyyәtinә son qoyulmuşdur.
    H.-in Hәlәb qolunun banisi Seyfüddövlә Əli qardaşı Nasirüddövlә Hәsәnin razılığı ilә 944 ildә İxşidilәrin hakimiyyәti altında olan Hәlәbi, 945 ildә isә Dәmәşqi tutaraq müstәqil dövlәt qurmuşdur. 947 ildә İxşidilәrlә razılaşma әldә olunduqdan sonra bütün Şimali Suriya H.-in hakimiyyәtinә keçmişdi. Seyfüddövlә Bizansla mübarizәdә dәfәlәrlә qәlәbә qazanmışdır. Onun ölümündәn (967) sonra hakimiyyәtә keçәn oğlu Əbül-Mәalinin dövrü üçün üsyanlar vә Bizansın yürüşlәri sәciyyәvidir. Əbül-Mәalinin oğlu Əbül-Fәzailin [991–1002] dövründә Fatimilәr Hәlәbi mühasirәyә alsalar da, Bizans imperatoru II Vasilinin kömәyә gәlmәsindәn xәbәr tutaraq şәhәrdәn uzaqlaşmışdılar. Əbül-Fәzaili öldürәrәk onun oğulları adından dövlәti idarә edәn kürәkәni Hacib Lülü 1004 ildә onları Misirә sürgün edәrәk özünü Hәlәb hakimi elan etmişdi. H.-in dövründә tikinti-quruculuq işlәri geniş vüsәt almış, yeni memarlıq abidәlәri meydana gәlmiş, Hәlәbin qala divarları әsaslı tәmir edilmişdi. İncәsәnәt hamilәri kimi şöhrәt qazanmış Hәmdani hökmdarlarının, xüsusilә Seyfüddövlәnin sarayında musiqi vә şeir mәclislәri keçirilirdi. Seyfüd dövlә Əbu Nәsr Farabini himayәdarı olmuş, Əbül-Fәrәc İsfahani “Kitabül-әğani” әsәrini ona hәdiyyә etmişdir. Əbu Firas, Mütәnәbbi, Əbül-Əla әl-Mәәrri, Hәmdanın oğlu Hüseynin yaxın dostlarından olmuş Mәnsur Hәllac H. dövründә fәaliyyәt göstәrmiş şәxsiyyәtlәrdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU