HƏMDİ Hәmdullah (әsl adı Mehmed Hamdullah; 1449, Göynük – 1503, Göynük) – türk şairi. Hәyatı haqda mәlumat azdır. Daha çox Hәmdi Çәlәbi adı ilә tanınmışdır. Bursada Çәlәbi Sultan Mehmed mәdrәsәsindә müdәrrislik etmiş, Şeyx İbrahim Tәnnurinin müridi olmuş, dövrünün tanınmış alimlәrindәn Molla Xәyali ilә elmi mübahisәlәr aparmışdır. Ə.Caminin tәsirilә yaratdığı xәmsәsi (“Yusif vә Züleyxa”, “Leyli vә Mәcnun”, “Töhfәt ülüşşaq”, “Qiyafәtnamә” vә “Mövlud” mәsnәvilәri) ona şöhrәt gәtirmişdir. Qәzәl, qәsidә, minacat, nәt vә s.-dәn ibarәt divanının mәlum olan iki nüsxәsindәn biri Süleymaniyyә, digәri isә Millәt kitabxanasındadır.










