HƏMƏDÁN (
) – İranın q.-indә şәhәr. Hәmәdan ostanının inz. m. Əh. 525,8 min (2011). Dәniz sәviyyәsindәn 1850 m yüksәklikdә yerlәşir. Avtomobil yolları qovşağı. Herodotun mәlumatına görә, şәhәrin әsası e.ә. 7 әsrdә Midiya hökmdarı Deyok tәrәfindәn Aqbatana (E k b a t a n a) adı ilә Midiyanın (Madanın) paytaxtı kimi qoyulmuşdur. İndiki H.-ın c.-ş.-indә qәdim şәhәrin qalıqları saxlanılmışdır. H. midiyalıların babillilәrlә birlikdә aşşurlulara qalib gәlmәlәrindәn sonra әhәmiyyәt kәsb etmişdir. E.ә. 550/549 ildәn Əhәmәnilәrin yay iqamәtgahı idi. Sonralar Makedoniyalı İsgәndәrin imperiyası tәrkibindә, imperiyanın parçalanmasından sonra Arşakilәrin paytaxtı olmuşdur. Sasanilәr dövründә әhәmiyyәtini itirmiş şәhәr Nәhavәnd döyüşündәn (642) sonra әrәblәrlә imzalanmış müqavilәnin şәrtlәrinә görә Xilafәtin tәrkibinә keçmişdir. 11 әsrdә oğuzlar, 1101 ildә sәlcuqlar tәrәfindәn tutulmuş, 1118–94 il lәrdә İraq sәlcuq sultanlığının paytaxtı olmuş, 1194 ildә Xarәzmşahların hakimiyyәtinә keçmiş vә Eldәniz Qutluq İnancın idarәsinә verilmişdir. 1221 ildә Cәbә noyonun başçılıq etdiyi monqol ordusu H.-ı işğal edәrәk dağıtmış, әhalini qılıncdan keçirmişdir. Hülakular dövründә әsaslı şәkildә abadlaşdırılan şәhәr yenidәn әvvәlki әhәmiyyәtini qaytarmışdır.

Hәmәdan. İbn Sinanın türbәsi.
Sonralar növbә ilә Cәlairilәr, Teymurilәr, Qaraqoyunlular vә Ağqoyunluların, 16–18 әsrlәrdә Sәfәvilәrin hakimiyyәti altında olmuş, Sәfәvilәr dövründә yenidәn abadlaşdırılmışdır. Dәfәlәrlә osmanlıların hücumuna mәruz qalmışdır. II Tәhmasibin dövründә yenidәn Sәfәvilәrin hakimiyyәtinә keçmişdir. Birinci dünya müharibәsi illәrindә rusların vә ingilislәrin işğalına mәruz qalmışdır. Görkәmli şәxsiyyәtlәrdәn İbn Sina (onun türbәsi buradadır), Baba Tahir, Eynülqüzat Hәmәdani, Yusif Hәmәdani vә b. H.-da yaşayıb yaratmışlar. H.-ın memarlıq abidәlәrindәn әn әhәmiyyәtlisi “Əlәvilәr günbәzi” adlanan türbәdir (12 әsr; 1309–16). Əvvәllәr mәscid olmuş bu abidә kәrpicdәn tikilmiş, bayır sәthlәri kәrpic hörgüsündәn düzәldilmiş naxışlar, terrakota vә gәc üzәrindә oyma ornamentlәrlә bәzәdilmişdir. Digәr abidәlәrdәn 12 üzlü, prizmaşәkilli gövdәsi vә yeraltı sәrdabası olan iki qüllәvarı türbә – İki Qurban bürcü vә Hud (Yengiqala) imamzadәsi, şair Baba Tahirin türbәsi (hәr üçü 14 әsr), Cümә mәscidi (19 әsr), müxtәlif dövrlәrdә inşa edilmiş mәscidlәr, mәdrәsәlәr, İbn Sinanın türbәsi (1952) vә Kamal әl-Mülkün sәrdabası (1950-ci illәr, hәr ikisinin memarı H.Seyhun) diqqәti cәlb edir. Şәhәrdә İbn Sinanın heykәli qoyulmuşdur (heykәltәraş Ə.Sadiqi). H.-ın digәr görmәli yerlәri: bir hissәsi açıq, bir hissәsi örtülü olan mәşhur Hәmәdan bazarının binası vә onun müxtәlif memarlıq üslubunda inşa edilәn ticarәt sıraları; 2008 ildә aparılan bәrpa işlәrindәn sonra Etnoqrafiya muzeyi kimi fәaliyyәt göstәrәn Kale hamamı vә s. Ölkәnin qәdim xalçaçılıq vә mühüm ticarәt (әsasәn, xalça vә bәdii sәnәtkarlıq nümunәlәri) mәrkәzlәrindәn biridir. Yeyinti sәnayesi, toxuculuq, mehmanxana biznesi, turizm inkişaf etmişdir. Daha çox kiçik sәnaye müәssisәlәri vә parkları fәaliyyәt göstәrir. Yaxınlığında mis çıxarılır. H. Tehran – Bağ dad ticarәt yolu üzәrindә yerlәşir.

Əhәmәnilәr dövrünә aid öküzbaşlı qızıl riton.
Ekbatana. İran Milli Muzeyi.

Hәmәdan. “Əlәvilәr günbәzi”.

Hәmәdan. Baba Tahir türbәsi.










