HƏMƏDANİ (
) Ə b u Y a q u b Y u s i f i b n Ə y y u b (1048, yaxud 1049, Hәmәdan, Buzәnәcird – 1140, Bağşur yaxınlığındakı Bamein) – sufi mütәfәkkir. İlk tәhsilini Hәmәdanda aldıqdan sonra Bağdada gedәrәk Xәtib Bağdadi, Əbu İshaq Şirazi kimi alimlәrdәn dәrs almışdır. İsfahan, Buxara vә Sәmәrqәnddә tәhsilini davam etdirmişdir. Farmәdinin vәzlәri sayәsindә tәsәvvüfә daxil olmuş, Abdullah Cüveyni vә Hәsәn Simnanidәn faydalanmışdır. H. tәsәvvüf tәhsilini tamamladıqdan sonra Mәrvdә tәkyә açaraq irşad fәaliyyәtinә başlamışdır. Bir çox şәhәrlәrә sәyahәt edәn H. 1112 ildә Bağdada getmiş, Nizamiyyә mәdrәsәsindә dәrs demişdir. Heratdan Mәrvә qayıdarkәn Bameindә vәfat etmiş, orada dәfn olunmuşdur. Müridi İbn Nәccar mәzarını Mәrvә köçürtmüş, üzәrindә türbә inşa etdirmişdir. H.-nin mәzarı Orta Asiya vә islam alәmindә mühüm ziyarәtgahlardan biridir. Bir çox mürid yetişdirәn H.-nin әn mәşhur xәlәflәri Xacә Abdullah Bәrraqi, Hәsәn Əndәki, Əhmәd Yәsәvi vә Əbdülxaliq Gücdәvanidir. Gücdәvaninin “Mәqamati-Yusif Hәmәdani” vә “Risaleyi şeyx әş-şüyux Xacә Yusif Hәmәdani” adlı әsәrlәri mürşidinin hәyatı haqqında әn mühüm mәnbәlәrdәndir. Hәyatını daha çox irşad fәaliyyәtinә hәsr edәn H.-nin әsәrlәri kiçik risalә formasındadır. Dövrümüzәdәk gәlib çatan әsәrlәri: “Rütbәtül-hәyat”, “Risalә dәr әdәbi-tәriqәt”, “Risalә dәr әxlaq vә minacat”, “Sәfavәtüt-tövhidli-tәsfiyәtil-mürid” vә s. F.Əttar “Tәzkirәtül-övliya”nı H.-dәn ilhamlanaraq qәlәmә almışdır. H.-nin adı “silsileyi-aliyyә”yә (әn böyük mürşidlәr silsilәsi) daxildir.










