HƏMİD QULAM (tәxәllüsü; әsl adı vә soyadı Hәmid Ubeydullayeviç Qulamov) (25.4.1919, Daşkәnd – 21.8.2005, Daşkәnd) – özbәk yazıçısı. Özb.-nın xalq yazıçısı (1979), әmәkdar incәsәnәt xadimi (1969). SSRİ Dövlәt laureatı mükafatı (1980). Daşkәnd Pedaqoji İn-tunu bitirmişdir (1941). Özbәkistan Yazıçılar İttifaqının sәdri (1958–65) olmuşdur. 1936 ildәn çap olunmağa başlamışdır. Tarixi mövzuda “Mәşәl” (kitab1–2, 1958–61), “Ölmәzlik” (1978), müasir mövzuda “Ac çöl” (1963), “Sәnә doğru yol” (1964), “Daşkәndlilәr” (1967), “Bәnövşә әtri”, (1975), “Firuzә” (1980), “Qaradәrya” (1985) romanlarının, “Qisasımı al” (1942), “Vәtәn göylәri” (1949), “Qitәlәr yatmır” (1960), “Tәşnәlik” (1974), “Poemalar” (1976) vә s. şeir vә poema toplularının, pyes, hekayә vә publisistik әsәrlәrin müәllifidir. Azәrb.- a hәsr olunmuş şeirlәri (“Sәmәd Vurğuna”, “Azәrbaycan gözәli”, “Salamat qal” vә s.), Azәrb. poeziyasından, hәmçinin U.Şekspir, Lope de Veqa, A.S.Puşkin vә b.-ndan tәrcümәlәri var. Bәzi әsәrlәri Azәrb. dilinә tәrcümә olun muşdur.
Ə s ә r l ә r i: Избранное. М., 1979; Ташкентцы. Ташкент.1983; Ölmәzlik. B., 1984;











