HƏMİDƏDDİN AĞSARAYİ, S o m u n c u B a b a (tәqr. 1331, Aksaray, yaxud Kayseri – 1412, Aksaray) – sәfәviyyә şeyxi, alim. Atası Şeyx Şәmsәddin Musa Anadoluya köçmüş Xorasan әrәnlәrindәn idi. Ruhani silsilәsi Bistamiyә çatır. Atasından tәsәvvüfü öyrәnmiş, daha sonra Dәmәşqә gedәrәk dünyәvi elmlәrә yiyәlәnmişdir. Şәxsiyyәtinin formalaşmasında mühüm roluolmuş Əlaәddin Ərdәbilinin yanında “seyrü süluk”u (sufi praktikası) tamamladıqdan sonra mürşidinin göstәrişilә Bursaya getmişdir. Mәnbәlәrә görә, İldırım Bәyazidlә görüşmüş, hökmdarın xahişilә xütbә oxumuşdur. Asketik hәyat tәrzinә üstünlük verәn H.A. ömrünün son illәrini Aksarayda keçirmişdir. Türk tәsәvvüf tarixindә sәfәviyyә әnәnәsini Anadoluya aparmış mütәsәvvif kimi mühüm yer tutur. Ən mәşhur müridlәri Hacı Bayram Vәli, Şeyx Şücaәddin Qaramani, Şeyx Müzәffәr Larәndәvi vә Molla Fәnari idi. H.A.-nin Bәdrәddin Mahmud Simavi ilә dostluq münasibәti olmuşdur.










