HƏMİDOĞULLARI BƏYLİYİ – Anadoluda mövcud olmuş hakimlik (tәqr. 1297–1391). Banisi türkmәn tayfa başçılarından biri Hәmid bәy idi. Tәqr. 1297 ildә Hәmid bәy hakimiyyәt boşluğundan istifadә edәrәk müstәqilliyini elan etmiş vә İsparta, Burdur, Eğridir, Ağros (indiki Atabәy), Gönen, Barla, Keçiborlu әrazilәrindә H.b.-ni qurmuşdur. Əvvәllәr bәyliyin mәrkәzi Uluborlu idi. 1299/1300 ildә Hülakulardan ehtiyatlanaraq Qazan xanın, eyni zamanda onun sәlcuq naibi III Əlaәddin Key qubadın adına sikkә zәrb etdirmişdir. 1300/01 ildә Hәmәdanda sürgündә olan Hәmid bәy sәlcuq naibi II Mәsudun adına da sikkә kәsdirmişdir. Hәmid bәyin ölümündәn sonra H.b.-ni oğlu İlyas bәy, ondan sonra isә sonuncunun böyük oğlu Fәlәküddin Dündar idarә etmişdir. Sәlcuq ordusun da sәrkәrdә olan Dündar bәy bәyliyin әrazisini genişlәndirmiş vә 1307/08 ildә H.b.-nin yeni paytaxtı olan Fәlәkabadda Olcaytu xanın adına sikkә kәsdirmişdi. Dündar bәy qısa müddәt әrzindә Asiqaraağaç, İrle vә Tefennini әlә keçirmiş, 1312 ildә Gölhisar vә Qor qudelini tutaraq Antalyaya yaxınlaşmışdı. 1314 ilin iyunun da Elxanilәrdәn asılılığını tәsdiqlәmәk mәqsәdilә Anadoluda olan Əmir Çobanın hüzuruna gedәn nümayәndә heyәtinin tәrkibindә idi. Əmir Çoban Anadolunu tәrk etdikdәn vә Sultan Olcaytunun ölümündәn (1316, dekabr) sonra Hülakular dövlәtindәki hakimiyyәt uğrunda mübarizәdәn istifadә edәrәk Antalyanı tutmuş vә qardaşı Yunus bәyәverәrәk Tәkә (Tәkәoğulları) bәyliyini yaratmışdı. 1324 ildә Anadolunun Elxani naibi Dәmirtaş Dündar bәyi öldürәrәk H.b.-nin bütün әrazisini tutdu. 1327 ildә Hülakular dövlәtindәki daxili çәkişmәlәr nәticәsindә Dәmirtaş Misirә qaçmağa mәcbur oldu. Bundan istifadә edәn Dündarın oğlu İshaq bәy H.b.-nin müstәqilliyini bәrpa etdi, Bәyşehiri, Seydişehiri, Akşehiri vә Doğanhisarı tutaraq bәyliyin әrazisini genişlәndirdi. 1361 ildә Kipr kralının ordusu Antalyanı zәbt etdi. 1367 ildә ittifaq bağlayan Anadolu bәylәrinin Antalyanı azad etmәk cәhdi uğursuz oldu. İki il davam edәn döyüşlәr nәticәsindә Hüsamәddin İlyas bәy Gәrmiyan oğlu Süleymanın vә Osmanlı sultanı I Muradın yardımı ilә yenidәn H.b.-nә yiyәlәndi. İlyas bәyin ölümündәn (1375) sonra oğlu Kәmalәddin Hüseyn bәy Osmanlı sultanı I Muradın himayәsinә keçdi. 1381/82 ildә I Murad Hüseyn bәyi 80 min qızıl pula Akşehir, Bәyşehir, Seydişehir, Yalvac ve Qaraağacı osmanlılara satmağa mәcbur etdi. 1386 ildә Sultan I Murad Hәmidoğullarının paytaxtı Eğridiri nәzarәtinә aldı. Hüseyn bәyin idarәsi altında yalnız İsparta, Uluborlu, Keçiborlu, Burdur vә Gölhisar qaldı. 1390/91 ildә İldırım Bәyazid H.b.-nin bütün әrazisini zәbt etdi, Hüseyn bәyin oğlu Mustafa Çәlәbi İldırım Bәyazidin xidmәtinә keçdi.










