HƏMİDOV İmamverdi Yavәr oğlu (d.1.1.1941, Masallı r-nunun Bala Kolatan k.) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2008), prof. (2012). Azәrb. Dövlәt Un-tinin (indiki BDU) Şәrqşünaslıq fakültәsini (1965) bitirmişdir. Yәmәn Xalq Demokratik Respublikasında (1976–79) vә İraq Respublikasında (1986–89) tәrcümәçi işlәmişdir. 1998 ildәn AMEA-nın Nizami ad. Ədәbiyyat İn-tunda Qәdim dövr Azәrb. әdәbiyyatı şöbәsinin müdiri vәzifәsindә çalışır. Elmi tәdqiqatları, әsasәn, әrәbdilli Azәrb. әdәbiyyatının vә Azәrbaycan–әrәb әdәbi әlaqәlәrinin öyrәnilmәsinә hәsr olunmuşdur. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 5 monoqrafiyanın müәllifidir. Bir sıra xarici ölkәdә elmi mәruzәlәr ilә çıxış etmişdir. Ərәb dilindәn tәrcümәlәri var.
Ə s ә r l ә r i: Ибн Китейба Динавари. B., 1998; Əbu Bәkr әl-Valibi vә onun “Əxbar әl-Mәcnun” әsәri. B., 1999; Azәrbaycan–әrәb әdәbi әlaqәlәrindәn sәhifәlәr. B., 2002; Azәrbaycan әdәbiyyatı klassiklәri әrәb әdәbiyyatşünaslığında. B., 2007.










