HƏMİDOV Mәmmәdşәrif Hәbibulla oğlu [23.2.1917, Nuxa (indiki Şәki) ş. – 14.2. 1969, Bakı] – Azәrb. hәrbi xadimi, gen.-m. (1962). 1929–37 illәrdә Nuxa ipәk sarıma müәssisәlәrindә, 1937–40 illәrdә Nuxa r-n komsomol vә partiya komitәlәrindә müxtәlif vәzifәlәrdә işlәmişdir. 1940 ildә sovet ordusu sıralarına çağırılmış, Böyük Vәtәn müharibәsindә (1941–45) vzvod komandirinin kömәkçisi, batalyon qәrargahının rәisi, diviziya qәrargah әmәliyyatının bölmә rәisinin kömәkçisi olmuşdur. Ali zabitlәr mәktәbini (1945) bitirmişdir. Xaçmaz r-n hәrbi komissarı (1946–49), Azәrb. SSR Hәrbi komissarlığında şöbә rәisi (1949–56), Bakı ş. hәrbi komissarı (1956–60) vәzifәlәrindә çalışmışdır. Azәrb. Dövlәt Un-tinin tarix fakültәsini (1960) bitirmişdir. 1960–69 illәrdә Azәrb. SSR-in hәrbi komis sarı idi. Azәrb. SSR Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur. 2-ci dәrәcәli Vәtәn müharibәsi ordeni, 2 Qırmızı Ulduz ordeni ilә tәltif edilmişdir. Goranboy-Gәncә avtomobil yolunda qәza nәticәsindә hәlak olmuşdur (yolun kәnarında xatirә abidәsi qoyulmuşdur). Bakıda Birinci Fәxri Xiyabanda dәfn edilmişdir. Adına küçә (Bakı), gәmi, mәktәb (Şәki) var.











