HƏMİDOV Rәhim Seyfi oğlu (30.8.1927 İsmayıllı r-nun Mican k. – 20.1.2009, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1973), prof. (1975). Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir (1950). 1954–75 illәrdә orada vә elmi-tәdqiqat in-tlarında müxtәlif vәzifәlәrdә çalışmışdır. RF-nin Tümen Sәnaye İn-tunda (1975–82) vә Azәrb. Texniki Un-tindә (1982–94) kafedra müdiri işlәmişdir. 1994–2003 illәrdә ATU-nun prof.-u olmuşdur. Tәdqiqatları yarımkeçiricilәrin kristal kimyasında tәtbiqinә vә yeni birlәşmәlәrin sintezinә hәsr olunmuşdur. 160-dan çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










