HƏMİDOV Seyidağa Sail oğlu – (20.4.1937, Lәnkәran r-nunun Boladi k. – 18.1. 2018, Bakı; Boladi k.-ndә dәfn olunmuşdur) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (1995), prof. (1995), Azәrb. Resp. әmәkdar müәllimi (2006). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmiş (1960), orada müәllim (1966 ildәn), kafedra müdiri (1994 ildәn) işlәmişdir. 300-әdәk elmi әsәrin, o cümlәdәn dәrslik vә metodiki vәsaitlәrin müәllifidir. Riyaziyyat dәrsliklәrini rus dilindәn Azәrb. dilinә tәrcümә etmişdir.










