HƏMİDOV Şükür Nәriman oğlu (1.3.1975, Qubadlı r-nunun Armudlu k. – 22.10.2020, Qubadlı r-nu) – Azәrb.-ın Milli Qәhrәmanı (19.4.2016), polk. (2016). Orta mәktәbi bitirdikdәn sonra C.Naxçıvanski ad. hәrbi liseyindә, sonra isә H.Aslanov ad. Hәrbi Mәktәbindә tәhsil almışdır. 1995 ildә hәrbi xidmәtә başlamışdı. 2016 ildә Cәbrayıl r-nunun Çocuq Mәrcanlı k. yaxınlığındakı Lәlәtәpә yüksәkliyinin azad edilmәsi zamanı göstәrdiyi şücaәtә görә Azәrb.-ın Milli Qәhrәmanı adına layiq görülmüşdür. Qubadlı r-nunun ermәni işğalçılarından azad edilmәsi uğrunda gedәn döyüşdә hәlak olmuşdur.











