HƏMKARLAR İTTİFAQLARI – istehsalatda, xidmәt vә mәdәniyyәt sahәlәrindә çalışan işçilәrin kütlәvi birliklәri. İlk H.i.-nın yaranması sәnaye inqilabı ilә bağlı idi. Qәrbi Avropa ölkәlәrindә vә ABŞ-da H.i.- nın sәlәfi olan tәşkilatlar 18 әsrin sonlarından yaranmağa başlamış vә ilk vaxtlar, әsasәn, qarşılıqlı yardım cәmiyyәtlәri xarakteri daşımışdır. İlk H.i. sex әlamәtinә görә yaradılır vә bir qayda olaraq, müәyyәn sәnәt sahәsinә mәnsub peşәkar işçilәrdәn ibarәt olurdu. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә Avropa ölkәlәrindә vә ABŞ-da istehsalat H.i., milli H.i. mәrkәzlәri, sәnayenin, yaxud istehsalatın hansısa bir sahәsindә çalışan işçilәrin beynәlxalq federasiyaları vә ittifaqları (B. Britaniyada vә Britaniya imperiyası ölkәlәrindә tred-yuni-onlar; İspaniyada Əmәkçilәrin ümumi ittifaqı vә Milli әmәk konfederasiyası; Almaniyada Hәmkarlar ittifaqlarının Baş komissiyası; ABŞ-da Amerika әmәk federasiyası – AƏF vә “Dünyanın sәnaye әmәkçilәri” vә s.) yaranırdı. Elә o zaman Roma papası XIII Levin tәşәbbüsü ilә xristian H.i. yaradılmağa başlandı (1920 ildә Beynәlxalq xristian hәmkarlar ittifaqları konfederasiyası yaradıldı; 1968 ildәn Ümumdünya әmәk konfederasiyası). 1945 ildә müasir H.i.-nın, sosialist ölkәlәri H.i.-nın, kapitalist ölkәlәrinin әn böyük H.i. mәrkәzlәrinin (AƏF istisna olmaqla), hәmçinin müstәmlәkә vә asılı ölkәlәrin bәzi hәmkarlar mәrkәzlәrinın daxil olduğu Ümumdünya hәmkarlar ittifaqları federasiyası (ÜHİF) tәsis edildi. 1949 ildә bir sıra milli H.i. mәrkәzlәri ÜHİF-dәn ayrılaraq, Beynәlxalq azad hәmkarlar ittifaqları konfederasiyasını (BAHİK) tәşkil etdi. Afrikada Ümumafrika hәmkarlar ittifaqları federasiyası (ÜHF; 1961) vә ona qarşılıq olaraq Afrika hәmkarlar ittifaqları konfederasiyası (AHİK; 1962) yaradıldı. 1973 ildә birlәşmiş ümumafrika H.i. mәrkәzi – Afrika hәmkarlar ittifaqları birliyi tәşkilatı yaradıldı. Avropa ölkәlәrindә hәmkarlar tәşkilatları arasında Əmәkçi komissiyaları (İspaniya), “Fors uvrier” (Fransa), “Hәmrәylik” (Polşa), Alman hәmkarlar ittifaqları birliyi (Almaniya), İtaliya sindikal ittifaqı vә s. әhәmiyyәtli rol oynayır. ABŞ-da “Amerika әmәk federasiyası – istehsalat hәmkarlar ittifaqları konqresi” birliyi fәaliyyәt göstәrir.
Azәrb. Resp.-nda Azәrb. Hәmkarlar İttifaqları Konfederasiyası (AHİK) 5.2. 1993 ildә Azәrb. Hәmkarlar İttifaqlarının qurultayında tәsis edilmişdir. AHİK tәşkilat üzvlәrinin әmәk, sosial-iqtisadi hüquq vә mәnafelәrini tәmsil vә müdafiә edәn 26 sahә hәmkarlar ittifaqı birliklәrini vә Naxçıvan MR hәmkarlar tәşkilatını özündә birlәşdirir. Konfederasiyanın fәaliyyәti “Hәmkarlar İttifaqları haqqında” Azәrb. Resp.-nın qanunu (1994) ilә tәnzimlәnir.










