Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏMMADİLƏR
    HƏMMADİLƏR – 1015–1152 illәrdә Mәrkәzi Mәğribdә hökmranlıq etmiş bәrbәr sülalәsinin vә dövlәtinin adı. 972 ildәn Mәğrib Fatimilәrin himayәsi altında Sәnhacә qәbilәsinә mәnsub Zirilәrin hakimiyyәti altında idi. Lakin bir müddәt sonra Əndәlis Əmәvilәrinә tabe olan keçmiş düşmәnlәri zәnatәlilәrin üsyanı nәticәsindә Zirilәrin torpaqları parçalanmış, bu torpaqların bir hissәsindә Zirilәrә qohum H.öz hakimiyyәtlәrini qurmuşdular. H. sülalәsinin banisi Hәmmad ibn Buluqqin üşyançılara qarşı mübarizәdә uğur qazandığına görә Ziri әmiri Badis ibn Muiz tәrәfindәn Zab vә Mәsilә bölgәsinin valisi tәyin edilmişdi. Sonradan Hәmmad [1015–28] Mәsilәnin şm.-ş.-indә Bәni Hәmmad şәhәr-qalasını saldırmış vә müstәqilliyini elan etmişdi. H. dövlәtinin tarixi 2 mәrhәlәyә bölünür: 1015–67 illәr (mәrkәzi Bәni Hәmmad) vә 1067–1152 illәr (mәrkәzi Bicayә). H. dövlәtinin әn qüdrәtli birinci mәrhәlәsindә onun sәrhәdlәri q.-dә Tenes vә Şelif vadisinә, ş.-dә Evras d-rından Tebessaya, c.-da Varqlaya çatırdı. Hәmmad Ziri әmiri Muiz ibn Badislә saziş imzalamış vә özünün bütün Mәğribin hökmdarı kimi tanınmasına nail olmuşdu. O, Fatimilәrlә әlaqәlәrini kәsәrәk Abbasilәrin itaәtini qәbul etmişdi. Buluqqin ibn Mәhәmmәdin [1055–62] dövründә Fәs ş. H.-in әlinә keçmişdi (1062). Dövlәtin paytaxtı Nasir ibn Əlnas [1062–89] tәrәfindәn Əlcәzairin ş.-indә salınmış Bicayә (B e c a i y ә) ş.-nә köçürülmüşdü (1068/69). Nasirin xәlәfi Mәnsur [1089–1105] ilk dәfә sikkә zәrb etdirmiş, bir sıra üsyanları yatırmış, Mürabitlәrlә mübarizә aparmışdır. Mәnsurun oğlu Badisdәn sonra hakimiyyәtә gәlәn Əzizin [1105–21] dövrü sabitliklә sәciyyәlәnir. Yәhyanın dövründә [1121–52] Tevzer qalası H.-in idarәsinә keçsә dә, Mehdiyyәyә qarşı başlanılmış quru vә dәniz vuruşmaları uğursuz olmuşdu. Yәhya Fatimilәrlә dostluq sazişi imzalasa da, sonradan Abbasilәrin adına xütbә oxutdurmuşdu. Hakimiyyәt uğrunda çәkişmәlәrin getdikcә artması, qurudan köçәri әrәblәrin, dәnizdәn normanların hücumları nәticәsindә H. dövlәti zәiflәmişdi. Müvәhhidlәrin banisi Əbdülmömin әl-Qumi H.-ә mәxsus әrazilәrin xeyli hissәsini әlә keçirmişdi. 1152 ildә mәğlubiyyәtә uğradılan Yәhya Mәrakeşә aparılmış vә H.-in hakimiyyәtinә son qoyulmuşdu.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU