Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏMMUDİLƏR
    HƏMMUDİLƏR – 1016–1058 illәrdә Kordovada, Sevilyada, Malaqada, Al-xesirasda (әl-Cәzirәtül-Xәzra) hakimiyyәtdә olmuş müsәlman sülalәsi. Əndәlis Əmәvilәrinin zәiflәdiyi bir vaxtda, “mülük әt-tәvaif” (“tayfa mәliklәri”) dövründә meydana çıxmışdılar. Xәlifә II Hişamdan [976–1009; 1010–13] sonra hakimiyyәtә gәlәn Süleymanın [1009–10; 1013–16] ölkәnin daxilindә әrәblәrlә bәrbәrlәr arasındakı münaqişәlәrin nizamlanmasında aciz qalması II Hişamın yenidәn xәlifәliyә gәtirilmәsi üçün çıxışlara sәbәb oldu. Keçmiş xәlifәdәn gizli işarә alan vә ehtimal ki, onun qanuni xәlәfi olan Seuta hakimi Əli ibn Hәmmud Əndәlisә gәldi vә 1016 ildә ciddi müqavimәtlә üzlәşmәdәn Kordovaya daxil oldu. Süleyman II Hişamı öldürmәkdә günahlandırılaraq edam olundu, Hәmmud isә özünü Nasir Lidinillah adı ilә xәlifә elan etdi. Bu hadisәdәn sonra Xaenә qaçan xәlifә III Əbdürrәhmanın qohumu Əbdürrәhman ibn Mәhәmmәd 1018 ildә Merida vә Sarakusta (S a r a q o s a) hakimlәri tәrәfindәn Mürtәza lәqәbilә xәlifә (IV Əbdürrәhman) elan olundu. IV Əbdür rәhmanın Sarakusta, Xativa, Valensiya vә Kordova tәrәfindәn dәstәklәnmәsindәn ehtiyatlanan Əli İbn Hәmmud ona qarşı mübarizәdә bәrbәrlәrin dәstәyinә arxalanır, vergilәrin miqdarını artıraraq xalqın hәr hәrәkәtinә nәzarәt edirdi. Bu sәbәbdәn 1018 ildә slavyan әsilli saray gözәtçilәri tәrәfindәn öldürüldü. Hәmin ildә H.-i dәstәklәyәn Zәnatә qәbilәsinә mәnsub bәrbәrlәr Əli ibn Hәmmudun Sevilya valisi olan qardaşı Qasımı Mәmun lәqәbilә xәlifә elan etdilәr. O, Hәmmudun qatillәrini cәzandıraraq IV Əbdürrәhmana qarşı mübarizәyә hazırlaşdı. Bu zaman Qasımı dәstәklәyәn Sәnhacә qәbilәlәrinin üzәrinә Qranadaya yürüş edәn IV Əbdürrәhman mәğlubiyyәtә uğradı vә az sonra öldürüldü. Bundan sonra Kordovada 3 il әmin-amanlıq hökm sürdü. Lakin Qasımın saray әyanlarının çoxunu sudanlı zәncilәrdәn seçmәsi bәrbәrlәri narazı saldı, digәr tәrәfdәn Əli ibn Hәmmudun oğulları Yәhya vә İdris hakimiyyәt uğrunda mübarizәyә başladılar. Bәrbәrlәr Malaqa hakimi Yәhyanı Kordovaya gәtirәrәk 1021 ildә xәlifә elan etdilәr. Bir ildәn sonra Yәhya bәrbәrlәrlә münasibәtlәri korlandığına görә Malaqaya qayıtmaq mәcburiyyәtindә qaldı. Qasım yenidәn Kordova taxtına çıxdı. Lakin Kordovanın hakimiyyәt uğrunda çәkişmәlәr meydanına çevrilmәsindәn qәzәblәnәn xalq ayağa qalxaraq 1021 ildә Qasımı, bәrbәrlәri vә sudanlıları şәhәrdәn qovdu. Qasım Sevilyaya sığınmaq istәsә dә, 2 oğlu ilә birlikdә Yәhya tәrәfindәn әlә keçirilәrәk hәbs edildi, 1023 ildә isә öldürüldü. Bununla H.-in Kordovada hakimiyyәtlәrinә son qoyuldu. Malaqada 1035 ilәdәk Yәhya, 1057 ilәdәk isә xәlәflәri hökm sürdülәr. 1057 ildә Qranada hakimi Badis Malaqaya daxil olaraq Müstaili Billah әl-Hәmmudini hakimiyyәtdәn uzaqlaşdırdı, onun ardınca şәhәr Abbadilәr tәrәfindәn tutuldu. H.-in Alxesirasdakı hakimiyyәtlәrinә dә 1058 ildә Abbadilәr son qoydular.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU