Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    “HƏMRƏYLİK”
    “HƏMRƏYLİK” (“Solidarność”) – Polşa da hәmkarlar ittifaqı. Rәsmi adı – Müstәqil Özünüidarәedәn Hәmkarlar İttifaqı “Hәmrәylik”. Qәrargahı Qdansk ş.-ndәdir, üzvlәrinin sayı tәqr. 587 min nәfәrdir (2015). 2010 ildәn sәdri P. Dudadır. 1980 ilin avqust–sentyabrında Polşada kütlәvi iqtisadi tәtillәr zamanı yaranmış, 1980 il noyabrın 10-da hökumәt komissiyaları ilә tәtil komitәlәri arasındakı razılaşma әsasında qeydiyyata alınmışdır. Lideri L. Valensa idi. “H.”-in әrazi prinsipi әsasında qurulması onun Ümumpolşa tәşkilatı xarakterini tәmin etmişdi. 1981 ildә tәşkilat üzvlәrinin sayı tәqr. 9,5 mln. nәfәr (әn yüksәk göstәrici) olmuşdur. Əvvәllәr “H.” ikili funksiya daşıyırdı: bir tәrәfdәn, muzdluların vә fәrdi kәndlilәrin mәnafeyini müdafiә edәn hәmkarlar ittifaqı; digәr tәrәfdәn, “real sosializm”in Polşa modelinin kökündәn dәyişdirilmәsi proqramı ilә çıxış edәn siyasi tәşkilat (hәrәkat). Hәmkarlar ittifaqının proqramı üçün hazırlanmış “Müzakirәlәr üçün tezislәr”dә (1981, aprel) Polşa Xalq Respublikasındakı (PXR) böhran vәziyyәtinә görә Polşa Birlәşmiş Fәhlә partiyası vә Polşa hökumәti günahlandırılırdı. “H”.-in Qdanskdakı birinci ümumpolşa qurultayı (1981, 5–10 sentyabr, 26 sentyabr – 7 oktyabr) bu mövqeyi dәstәklәdi vә ictimai siyasi hәyatın demokratiklәşdirilmәsi, iqtisadiyyat idarәsinin direktiv-bölüşdürücü modelindәn imtina etdi, müәssisәlәrin müstәqilliyinin artırılması vә s. tәlәblәrlә proqram qәbul etdi. “H.”-in PXR hökumәti ilә konfrontasiyası ümumi tәtil tәhlükәsi sәbәbindәn 1981 ilin dekabrında әn yüksәk hәddә çatdı. 1981 il dekabrın 13-dә PXR Dövlәt şurasının qәrarı ilә ölkәdә hәrbi vәziyyәt tәtbiq edildi, bütün siyasi partiyaların vә ictimai tәşkilatların, o cümlәdәn hәmkarlar ittifaqlarının fәaliyyәti dayandırıldı; “H”.-in tәqr. 5 min rәhbәr vә fәalına qarşı müxtәlif cәza tәdbirlәri görüldü. 1982 ildә “H.” qәti olaraq qadağan edildi vә gizli fәaliyyәtә keçdi. Hakimiyyәtlә kompromis axtarmaq ideyası ilә razılaşmayanlar “Mübariz Hәmrәyliyi” yaratdılar. Tәşkilatın leqal statusu 1989 il aprelin 17-dә hökumәt ilә müxalifәt arasında keçirilәn “dәyirmi masa”nın qәrarı ilә qaytarıldı. Bu vaxt H.-in üzvlәrinin sayı 1,5 mln. nәfәr idi. 1989 ilin iyununda keçirilәn parlament seçkilәrindәn sonra “H.” siyasi tәşkilat xarakterini itirdi. 1990-cı illәrdә “H.” düşәrgәsi bir-biri ilә rәqabәt aparan bir sıra sağ vә mәrkәzçi siyasi birlәşmәlәrә parçalandı, onlardan biri – “H.” Seçki aksiyası adlı sağ mәrkәzçi blok 1997–2001 illәrdә hakimiyyәtdә oldu. Hazırda “H.” Polşanın bir neçә iri hәmkarlar ittifaqları mәrkәzlәrindәn biridir. 2006 ildәn Beynәlxalq hәmkarlar ittifaqları konfederasiyasının üzvüdür.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU