HƏMŞİNLİLƏR (Hәmşin vil.-nin adından) – Türkiyәnin şm.-ş.-indә ermәnilәrin bir qrupu. Qәrbi H. Rizә ilinin dağlıq rayonlarında (Hәmşin vә Çamlıhәmşin әtrafında; tәqr. 30 min nәfәr, 21 әsrin әvvәllәri) lazların әhatәsindә, şәrqi H. isә Artvin ilinin şm.-ında (Hopa vә Borçka әtrafında; tәqr. 25 min nәfәr); tәqr. 10 min nәfәr Şimal-Qәrbi Türkiyәdә (Düzcә vә Sakarya әtrafında) ya şayırlar; H.-in icmaları İstanbul, Ankara, İzmir, Trabzon, Ərzurum şәhәrlәrindә dә var. Türk dilinin Hәmşin lәhcәsindә danışırlar; şәrqi H. isә ermәni dilinin qәrb dialektlәrinә aid Hәmşin lәhcәsindә (homşetsma) danışırlar. Dindarları müsәlmandır. 1944 ildә Acarıstanda yaşayan müsәlman H. Qırğızıstan vә Qazaxıstana sürgün edilmişdilәr; 1980-ci illәrdә onların bir qismi Krasnodar diyarına köçmüşdür. H.-in әksәriyyәti ermәni mәnşәli olmasını inkar edir vә özlәrini türk hesab edir, türklәr onları lazlarla qarışdırırlar. Folklorlarını qoruyub saxlamışlar.










