HƏMŞİRƏ – Azәrb. Resp. Cәlilabad r-nunda çay. Uz. 33 km, hövzәsinin sah. 108 km2. Burovar silsilәsindәn (540 m hünd.-dәn) başlanır, Lәnkәran ovalığının şm. hissәsindәki cilliklәrә tökülür. Əsasәn yağış suları ilә qidalanır. İllik axım hәcmi 14 mln. m3-dir. Suvarmada istifadә edilir.










