Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏMZƏ Hәkimzadә Niyazi
    HƏMZƏ Hәkimzadә Niyazi (6.3.1889,Kokand – 18.3.1929, Şahmәrdan qışlağı, indiki Fәrqanә vil.-nin Hәmzә ş.) – özbәk şairi, dramaturq vә ictimai xadim. Özbәkistanın xalq şairi (1926). Hәkim ailәsindә doğulmuşdur. Mәdrәsәdә oxumuş, Kokandda vә Mәrgilanda öz hesabına yeni tipli mәktәblәr açmış, dәrsliklәr tәrtib etmiş, yoxsul uşaqlarına pulsuz dәrs demişdir. MuqimiFirqәt yaradıcılığının tәsiri ilә 1899 ildәn şeir yazmağa başlamışdır. İlk әsәrlәrindә [“Ramazan” (1914) şeiri, “Yeni xoşbәxtlik” (1915) povesti, “Zәhәrlәnmiş hәyat” (1916) pyesi vә s.] әdalәtsizliyә qarşı çıxmış, xalqı elm vә maarifә çağırmışdır. H. özbәk poeziyasını xalq şeiri formaları ilә zәnginlәşdirmiş, parlaq lövhәlәr yaratmaqla onu daha rәngarәng etmişdir. H. 20 әsrin әvvәllәrindә şair, dramaturq, nasir, publisist, bәstәkar, rej., ictimai-siyasi xadim kimi fәaliyyәt göstәrmişdir. Özbәk ictimai-siyasi vә mәdәni hәyatında baş verәn әn aktual, zәruri mәsәlәlәri yaradıcılığında işıqlandırmış, keçirilәn islahatlara әsәrlәri ilә cavab vermişdir (“Torpaq islahatı”, 1925 vә s.). “Bay vә muzdur” (1918) pyesindә ictimai әdalәtsizlik, avamlıq vә nadanlıq tәnqid olunur. Qadın azadlığı uğrunda gedәn mübarizә zamanı “Maysaranın kәlәklәri” (1926) , “Pәrәncәnin sirlәri” (1927) pyes vә komediyalarını yazmış, qadının sosial-mәnәvi kölәlikdәn xilas olmasını ön plana çәkmişdır. Mәfkurә mübarizәsinә vә mәnәvi-әxlaqi problemlәrә hәsr olunmuş “Fәrqanә faciәlәri” adlı tetralogiyası var. H. xalq mahnılarını toplamış vә ifa etmişdir. Millәtçilәrin vә mürtәce ruhanilәrin tәhriki ilә fanatik dindarlar tәrәfindәn öldürülmüşdür. Bәzi şeirlәri Azәrb. dilinә tәrcümә olunmuşdur. Özb.-da ad. şәhәr, Bakıda küçә var. Özbәkistan Dövlәt Akad. Dram Teatrı H. adınadır. Haqqında çox seriyalı televiziya filmi çәkilmişdir.
    Ə s ә r l ә r i: Избр. произв., т. 1–2, Ташкент, 1979; Избранное, М., 1979.
    Əd.: К а ю м о в Л. Поэт и гражданин. М., 1979; X ә l i l o v P. Türk xalqlarının vә şәrqi slavyanların әdәbiyyatı. B., 1994.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU