HƏMZƏLİ (2013 ilәdәk Hәmzәlli) – Azәrb. Resp. Qәbәlә r-nunda kәnd. Hәmzәli ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 4 km şm.-q.-dә, Hәmzәli çayının (Dәmiraparan çayının sağ qolu) sahilindәdir. Əh. 1752 (2019); heyvandarlıq, әkinçilik vә meyvәçiliklә mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, tibb mәntәqәsi, poçt; mәscid fәaliyyәt göstәrir. Yaşayış mәntәqәsi burada hәmzәli nәslinin mәskunlaşması nәticәsindә yaranmışdır. Kәndin әrazisindә 16–20 әsrlәrә aid Şıxbaba qәbiristanlığı var.










