HƏMZƏLİ – Azәrb. Resp. Qubadlı r-nunda kәnd. Hәmzәli ә.d.-nin (Hәmzәli, Çaytumas, Əfәndilәr, Yusifbәyli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 22 km c.-ş.-dә, Hәkәri çayının sahilindәdir. Əh. 360 (2020); işğaldan (1993, avqust) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olurdu. Mәdәniyyәt evi, kitabxana, kinoqurğu, tibb mәntәqәsi var idi. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 9 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










