Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏMZƏT BƏY
    HƏMZƏT BƏY, H ә m z ә b ә y [1789, Avarxanlığı, Qotsatl k. (indiki Dağıstan Resp., Xunzax r-nu) – 1.10.1834, Xunzax] – Dağıstan vә Çeçenistanın ikinci imamı [1832/33–34]. Adlı-sanlı dağlı ailәsindәn idi. Çox k.-ndә mәdrәsәdә, daha sonra tanınmış ülәma Arakanili Sәidin yanında oxumuş, әrәb dili, bәlağәt, hüquq vә s. elmlәri öyrәnmişdir. 1820-ci illәrin ortalarında Qazi Mәhәmmәdә qoşulmuş, Qotsatl k.-nin gәnclәrindәn ibarәt dәstәnin rәhbәri olmuşdur. Qazi Mәhәmmәdin naibi olaraq Qafqaz müharibәsi (1817–64) gedişindә onun yürüşlәrindә iştirak etmişdir. 1830 ilin payızında Zaqatalada Rusiya komandanlığı tәrәfindәn hәbs edilmiş vә Tiflisә aparılmışdır. Lakin 1831 ilin әvvәlindә Qazı qumuqlu Aslan xanın xahişi ilә azad olunmuşdur. Qazi Mәhәmmәdin qoşununa qatılmış, 1832 ilin payızında Qotsatlda tәqr. min nәfәrdәn ibarәt dәstә toplayaraq Qazi Mәhәmmәdin mühasirәyә alındığı Gimri k. istiqamәtindә hәrәkәt etmiş, lakin ona kömәk edә bilmәmişdir. İmam olduqdan sonra Qazi Mәhәmmәdin şәriәt qaydalarını yaymaq siyasәtini davam etdirmişdir. 1833–34 illәrdә Avarıstanın bir çox rayonunu öz hakimiyyәti altında birlәşdirmişdi. 1834 ilin yayında Avar xanlığının paytaxtı Xunzaxı әlә keçirmiş vә xan ailәsinin bütün üzvlәrini qәtlә yetirmişdi. H.b. Avar xanlığına mәxsus Şimal-Qәrbi Dağıstan vә Cәnubi Çeçenistan әrazisindә müstәqil dövlәtin – İmamlığın yaradılması siyasәtini davam etdirmişdir. Xunzax yeni yaradılmış dövlәtin paytaxtı elan edilmiş, dövlәt xәzinәsi bura gәtirilmişdi. H.b.-in dövründә dağlılara mәxsus әrazilәrin idarәetmә strukturu qәti olaraq formalaşmışdı. Hәr bir rayon faktiki olaraq imamın canişini vә onun sәlahiyyәtli nümayәndәlәri olan naiblәr tәrәfindәn idarә olunurdu. 1830–40-cı illәrdә Şeyx Şamil İmamlığın vahid idarәetmә sisteminin formalaşdırılmasını yekunlaşdırarkәn bu struktura әsaslanmışdı. H.b. qәtlә yetirilmiş Avar xanlarının süd qardaşları olan Osman vә Hacı Muradın sui-qәsdi nәticәsindә öldürülmüşdür. Onun xәlәfi Şeyx Şamil olmuşdur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU