HƏMZƏTOV Rәsul Hәmzәtoviç (8.9.1923, Dağ. MSSR, Xunzax r-nunun Sada k.– 3.11.2003, Moskva; Mahaçqalada dәfn olunmuşdur) – avar şairi, nasir, publisist. Dağıstanın xalq şairi (1959). Sosialist Əmәyi Qәhrәmanı (1974). Lenin mükafatı (1963), SSRİ Dövlәt mükafatı (1952) laureatı. H.Sadasanın oğludur. Avar pedaqoji mәktәbini (1939) vә M.Qorki ad. Ədәbiyyat İn-tunu (Moskva) bitirmişdir (1950).1941 ilәdәk oxuduğu orta mәktәbdә müәllim, Avar sәyyar teatrında rej. kömәkçisi, “Dağlı bolşevik” qәzetindә vә radioda jurnalist işlәmişdir. Avar vә rus dillәrindә yazmışdır. İlk şeir kitabı (“Alovlu mәhәbbәt, yandırıcı nifrәt”) avar dilindә 1943 ildә nәşr edilmişdir. “Bizim dağlar” (rus dilindә,1947), “Torpağım mәnim” (1948), “Doğulduğum il” ( 1950), “Böyük qardaş haqqında söz” (1952), “Dağıstan baharı” (1955), “Qәlbim dağlardadır” (1959), “Yüksәk ulduzlar” (1962) şeir kitablarında, “Atamla söhbәt” (1953), “Dağlı qadın” (1958), “Anaları qoruyun” (1979) poemalarında Dağıstan, xalqlar dostluğu, mәhәbbәt tәrәnnüm edilir. “Ulduz ulduzla danışır” (1964), “Mulat qadın” (1966), “Şeirlәr” (1974), “Mәhәbbәt kitabı” (1975), “Əfsanәlәr” (1976), “Bitmәyәn döyüş. Şeirlәr vә poemalar” vә s. şeir kitablarının, “Mәnim Dağıstanım” (1967–71) povestinin, әdәbi-tәnqidi mәqalәlәrin müәllifidir. Azәrb.-a hәsr olunmuş şeirlәri, Azәrb. poeziyasından tәrcümәlәri var. Əsәrlәri bir çox dillәrә çevrilmişdir. Şeirlәrinә musiqi bәstәlәnmişdir. SSRİ Ali Sovetinin (6–11-ci çağırış) deputatı, SSRİ Ali Soveti Rәyasәt Heyәtinin (1962–66 vә 1971–89 illәrdә) üzvü, Dağıstan Yazıçılar İttifaqı İdarә Heyәtinin sәdri (1951– 2003) olmuşdur. Müxtәlif dövlәtlәrin mükafatları, orden vә medalları ilә tәltif edilmişdir. H.-un hәyat vә yaradıcılığından bәhs edәn bir çox sәnәdli vә televiziya filmi çәkilmişdir (“Bizim Rәsul”, “Mәnim yolum”, “Mәnim Dağıstanım. Etiraf” vә s.). Mahaçqala, Moskva vә Yalova (büst, Türkiyә) ş.-lәrindә heykәli qoyulmuşdur.
Ə s ә r l ә r i: Seçilmiş әsәrlәri. B., 1962; Durnalar. B., 1973; Mәnim Dağıstanım. B., 1977; Собр. соч., т. 1–5, M., 1980–82; Dostları qoruyun. B., 1984.











