HƏMZƏYEV Mahmud Hәmid oğlu (d.31.1.1949, Qazax r-nu) – Azәrb. hәrbi xadimi, gen.-m. (2002). Azәrb. Neft vә Kimya İn-tunu (1971), Uzaq Şәrq Ümumqoşun Komandanlıq Mәktәbini (1977), Frunze ad. Hәrbi Akademiyanı (1987) bitirmişdir. SSRİ ordusunda tağım komandiri, әlahiddә pulemyot-artilleriya bölmәsi, hәrbi hissә komandiri (1976–80), tank alayı komandirinin müavini (1986–87), Baltikayanı Hәrbi Dairәsindә I-ci dәrәcәli tәlim mәrkәzinin gen.-m. kateqoriyalı rәisi (1987–92) olmuşdur. 1993 ildәn Azәrb. Resp.-nın ordu sıralarında xidmәt etmiş, 2009 ildә ehtiyata buraxılmışdır. Azәrb. Resp.-nın “Azәrbaycan Bayrağı” ordeni ilә tәltif olunmuşdur (2003).











