HƏMZƏYEV Süleyman Mәhәmmәd oğlu (24.7.1916, indiki Qax r-nunun Sarıbaş k. –16.11.1974, orada) – Sosialist Əmәyi Qәhrәmanı (1958). Böyük Vәtәn müharibәsi iştirakçısı. 1932–74 illәrdә Qax r-nunun “26 Bakı komissarı” k-zunda çoban, baş çoban, qoyunçuluq fermasının müdiri işlәmişdir. 1957 ildә qoyunçuluq sahәsindә yüksәk әmәk göstәricilәrinә nail olmuşdur.











