HƏMZƏYEVA İzzәt Əsәdulla qızı (15.1.1923, Bakı – 6.2.2005, Bakı) – Azәrb. immunoloqu. Tibb e.d. (1968). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1944). Azәrb. Elmi Tәdqiqat Virusologiya, Mikrobiologiya vә Gigiyena İn-tunda (indiki V.Y.Axundov ad. Milli Elmi Tәdqiqat Tibbi Profilaktika İn-tu) radiasiya (1958 ildәn), immunologiya vә mikrobiologiya şöbәsinin müdiri olmuşdur (1960 ildәn). 60-a yaxın elmi әsәrin müәllifidir. Tәdqiqatı, әsasәn, ionlaşdırıcı şüalanmanın biol. tәsirinә, habelә xroniki şüalanmanın orqanizmin immun statusuna tәsirinә hәsr edilmişdir.










