HƏNDƏSİ PAYLANMA – m = 0,1,2, ... tam qiymәtlәrini pm = P{X = m} = p(1–p )m ehtimalları ilә alan X tәsadüfi kәmiyyәtinin ehtimal paylanması (burada 0 < p < 1). X-in riyazi gözlәmәsi vә dispersiyası uyğun olaraq, (1–p)/p vә (1–p)/p2-na bәrabәrdir. H.p. adı onu göstәrir ki, m-in artması ilә pm ehtimalları hәndәsi silsilә üzrә azalır. Bernulli sxemindәki ilk uğura qәdәr olan sınaqların sayı H.p.-ya malikdir. H.p. keçmişin tәsirsizliyi xassәsinә malikdir. Əgәr X tәsadüfi kәmiyyәti H.p.-ya malikdirsә, onda mәnfi olmayan tam m vә n әdәdlәri üçün P{X ≥ n+m| X ≥ m}=P{X ≥ n}, yәni göstәrilәn şәrti ehtimal m-dәn asılı deyil. Bu xassә H.p.-ya qüvvәt paylanmasının diskret analoqu kimi baxmağa imkan verir.










