HƏNDƏSİ SİLSİLƏ – ilk hәddi (a1) sıfırdan fәrqli olmaqla ikincidәn başlayaraq hәr hәddi özündәn әvvәlki ilә sıfırdan fәrqli q әdәdinin (q – H.s.-nin vuruğu adlanır) hasilinә bәrabәr olan әdәdi ardıcıllıq. a1 > 0 vә q >1 olarsa, H.s. artan, a1 > 0 vә 0 < q < 1 olarsa, azalandır. H.s.-nin n-ci hәddi an = a1qn–1 düsturu ilә hesablanır (n >1). İkincidәn başlayaraq hәr hәdd qonşu hәdlәrin hәndәsi ortasıdır (H.s. adı buradandır),
yәni an =
H.s.-nin ilk n hәddinin cәmi Sn = (a1 – a1qn) /(1– q) kimi hesablanır.










