HƏNDƏSİ ÜSLUB – Qәdim Yunanıstan incәsәnәtindә e.ә. 9–8 әsrlәr dövrünün şәrti adı. Termin 1870-ci illәrdә Afinada hәndәsi ornamentlәrlә bәzәdilmiş Dipilon vazalarının aşkar edilmәsi ilә meydana gәlmişdir. Tәsvirlәrin hәndәsiliyi bu dövrün bütün mәlum abidәlәrindә – kiçik plastika (tunc vә terrakota heykәlciklәr), qliptika әsәrlәrindә, dekorativ-tәtbiqi sәnәt mәmulatlarında nәzәrә çarpır; H.ü.-un daha mükәmmәl inkişafı isә vazaüstü naxışlarda müşahidә olunur. 1930–40-cı illәrdә Keramik r-nunun (Afinada) nekropolunda aparılmış qazıntılar nәticәsindә H.ü.-un sәlәfi olan proto-hәndәsi üslub (e.ә. 11–10 әsrlәrin 1-ci yarısı) aşkar edilmişdir. Bu üslub son Mikena vә submikena incәsәnәtindәn irsәn keçmiş motivlәrin üstünlüyü ilә seçilir vә pәrgar vasitәsilә yerinә yetirilmişdir (konsentrik dairәlәr vә yarımdairәlәr, dalğalı xәtlәr). H.ü.-un naxışları kompozisiyanın mürәkkәblәşdirilmәsi vә ornament motivlәrinin zәnginlәşdirilmәsi (dairәlәr, üç bucaqlar, romblar, meandr, dalğavarı xәtlәr, ziqzaqlar vә s.) ilә xarakterizә olunur. H.ü.-un erkәn mәrhәlәsindә ornamental frizlәrlә qabın yalnız boğaz vә çiyin hissәlәri bәzәdilirdi (qabın qalan hissәsi qara lakla örtülürdü), e.ә. 9 әsrin ortalarından naxışlar bütün sәthi örtürdü. H.ü.-un inkişafı ilә mәmulatın naxış vә formasının tektonik qanuna uyğunluğa tabe olan uyarlığı yarandı. Tәqr. e.ә. 8 әsrin ortalarında kompozisiya ornamentlәrinә insan vә heyvanların hәndәsilәşdirilmiş tәsvirlәrini daxil etmәyә başlamışdılar. Vazaüstü rәsmlәr “oriyentallaşdırılmış üslubla” әvәz olunurdu.










