HƏNİF (
) – tәkallahlığa etiqad edәn mömin insan. Müsәlman әnәnәsindә bu termin islam dini meydana gәlmәmişdәn әvvәl monoteist olan, ritual tәmizliyә riayәt edәn, lakin nә xristian, nә dә yәhudi olan insanı bildirir. Quranda on ayәdә xatırlanan “H.” termini 8 ayәdә İbrahim peyğәmbәrin monoteizmini, 2 ayәdә (10:105, 30:30) isә Allahın әzәldәn insana verdiyi hәqiqi-fitri dini ifadә edir. Quran tәlimindә H. Allaha şәriksiz vә saf qәlblә iman gәtirәn hәqiqi din nümayәndәsidir.










