HƏNNA Corc (1891, Livan, Şüveyfat – 13.3.1969, Beyrut) – Livan yazıçısı, ictimai xadim. İxtisasca hәkim olmuşdur. Faşizmә qarşı fәaliyyәt göstәrmiş, 1940–50-ci illәrdә Livanın mütәrәqqi qüvvәlәrini birlәşdirәn Milli konqresin başçılarından olmuşdur. “İşğaldan istiqlaliyyәtәdәk” (1944) publisistik kitabını fransız müstәmlәkә orqanları qadağan etmişdi. “Qurtuluş yolu” (1948) әsәri, “Qaçqın qadın” (1953) povesti Fәlәstin xalqının milli azadlıq mübarizәsindәn bәhs edir. “Mәbәd kahinlәri” (1952) povesti, “Ananın müsibәti” (1959), “İki il” (1960) romanları, “Hәyatla vidalaşarkәn” (1963) xatirәlәr kitabı var. Ümumdünya Sülh Şurasının üzvü (1957–69) olmuşdur. Bәzi hekayәlәri Azәrb. Dilinә tәrcümә edilmişdir.










