HƏRBİ AKADEMİYALAR – ali hәrbi tәhsilli zabit kadrları hazırlayan ali hәrbi tәhsil müәssisәlәri; bir çox ölkәlәrin hәrbi tәhsil sistemindә aparıcı tәdris-metodiki vә elmi mәrkәzlәrdir. “Akademiya” termini Qәdim Yunanıstan mifologiyasının qәhrәmanı Akademin vә onun adını daşıyan Afina yaxınlığındakı bağların adından götürül-müşdür. Hәlә tәqr. e.ә. 387 ildә qәdim yunan filosofu Platon orada mәktәb yaradaraq mühazirәlәr demişdir. Orta әsrlәrdә müxtәlif elmi cәmiyyәtlәr, 17 әsrin 2-ci yarısından kompleks elmi mәrkәzlәr (elmlәr akademiyaları), bir qәdәr sonra isә ayrı-ayrı sahәlәr üzrә elmi mәrkәzlәr vә ali tәhsil müәssisәlәri akademiya adlandırılmışdır. Ali hәrbi tәhsil müәssisәlәrinin yaranması 18 әsrin sonu –19 әsrin әvvәllәrinә, hәrbi mәktәblәrin (İsveç, Prussiya, B.Britaniya vә Fransa) yarandığı vә bәzi ölkәlәrdә H.a. adlandığı dövrә tәsadüf edir. Azәrb. Resp.-nda H.Əliyev ad. Milli Tәhlükәsizlik Nazirliyinin Akademiyası (1998; 2005 ildәn indiki adı ilә), Silahlı Qüvvәlәrin Hәrbi Akademiyası (1999), H.Əliyev ad. Azәrbaycan Ali Hәrbi Mәktәbi (tarixi 1918 ildәn başlayır; 2001 ildәn indiki adı ilә), Azәrbaycan Dövlәt Sәrhәd Xidmәti Akademiyası (2007) fәaliyyәt göstәrir. Ali hәrbi tәhsilli zabit kadrları hazırlayan hәrbi tәhsil müәssisәlәri dünyanın bütün aparıcı ölkәlәrindә vardır. ABŞ-da Quru qoşunları hәrbi kolleci, Hәrbi-hava kolleci, Hәrbi-dәniz kolleci, Aerokosmik tәdqiqatlar, doktrinalar vә tәhsil mәrkәzi, Milli müdafiә un-ti vә Qәrargah kolleci; Böyük Britaniyada Quru qoşunları komanda-qәrargah kolleci, HHQ-nin komanda qәrargah kolleci, Hәrbi-dәniz kolleci, Qәrargah kolleci vә Hәrbi-elmi kollec; Fransada Silahlı qüvvәlәrin növlәri üzrә ali hәrbi mәktәblәr, Ali milli müdafiә tәdqi qatları in-tu vә Ali hәrbi tәdqiqatlar mәrkәzi; Almaniyada Bundesver akademiyası, İnzibati-texniki akademiya vә Hәrbi-tibb akademiyası vә s.










