HƏRBİ AND – silahlı qüvvәlәrә çağırılan hәr bir vәtәndaşın tәntәnәli vәdi (andı). Əksәr dövlәtlәrin silahlı qüvvәlәrindә mövcuddur. Azәrb. Resp. Silahlı Qüvvәlәrinin H.a.-nın mәtni 1991 il oktyabrın 9-da respublikanın Ali Soveti tәrәfindәn tәsdiqlәnmişdir.










