HƏRBİ AVİÁSİYA – hәrbi mәqsәdlәrlә (ordu qüvvәlәrinin vә silahların daşınması, müdafiәnin, kәşfiyyatın tәmin edilmәsi vә s.) istifadә olunan aviasiya növü. H.a.-nın qırıcı, hücum, bombardmançı, qırıcı-bombardmançı, kәşfiyyat (o cümlәdәn pilotsuz), nәql. növlәri var. Q ı r ı c ı ilk növbәdә hava hәdәflәrinin mәhv edilmәsi üçün olan hәrbi tәyyarәdir. Hava mәkanında üstünlüyü әlә keçirmәk, hәmçinin bombardmançı, nәql. tәyyarәlәrini, mülki aviasiya tәyyarәlәrini müşayiәt etmәk, yerdәki obyektlәri düşmәn aviasiyasından qorumaq üçün dә tәtbiq edilir (bax Qırıcı aviasiya).

AH-64 Apache hәrbi helikopteri (ABŞ).
H ü c u m aviasiyası (hücum tәyyarә vә helikopterlәri) quru qoşunlarını döyüş meydanında dәstәklәmәk, yerüstü vә dәniz hәdәflәrini dәqiq nişan almaq üçün-dür. B o m b a r d m a n ç ı H.a. yerüstü, yer altı, suüstü, sualtı obyektlәri bomba vә raket silahları ilә mәhv etmәk üçün istifadә olunan hәrbi tәyyarәlәrdir (bax Bombardmançı aviasiya). Q ı r ı c ı - b o m b a r d m a n ç ı yerüstü vә suüstü hәdәflәrә zәrbә vurmağı bacaran taktiki qırıcıdır; qırıcı vә bombardmançı tәyyarәlәrin keyfiyyәtlәrini özündә cәmlәyir, adәtәn, “hava-yer” sinif güclü silahları tәtbiq edә bilir. Hücum aviasi yasından әsas fәrqi manevrli hücumla hava döyüşü apara bilmәsidir. Adәtәn, bombardmançı vә hücum tәyyarәlәri qırıcıların himayәsi (qoruması) ilә yerdәki hәdәflәrә zәrbәlәr vurur. Qırıcı-bombardmançılar isә manevr xarakteristi kalarına vә düşmәn qırıcılarından, hәmçinin atәşindәn qorunmaq üçün kifayәt qәdәr silahlara malik olduğundan himayәsiz döyüş aparır. Hava kәşfiyyatı aparmaq üçün k ә ş f i y y a t ç ı tәyyarәlәrdәn istifadә olunur.

F-35A qırıcı-bombardmançı tәyyarәsi (ABŞ).
Kәşfiyyat aviasiyası tәyyarәlәrinin bir çoxu silahlandığı müәyyәn silahlarla aşkarlanmış mühüm hәdәflәri mәhv edә bilir. Qoşunun vә silahların nәql edilmәsini, hәrbi qüvvәlәrin hissә vә birlәşmәlәri arasında nәql.-rabitә әlaqәlәrini n ә q l i y y a t a v i a s i y a s ı tәmin edir. H.a.-nın tәrkibinә hәrbi-hava qüvvәlәrinin aviasiyası, elәcә dә digәr növ silahlı qüvvәlәr vә qoşun növlәrinin – quru qoşunları, hәrbi-dәniz donanması (HDD), hava hücumundan müdafiә qoşunları, kosmik qoşunlar aviasiyası daxildir. Quru qoşunları aviasiyası ümumqoşun dәstәlәrinin aviasiya ilә dәstәklәnmәsi, taktiki hava kәşfiyyatının aparılması, hava desantlarının çıxarılması vә onların fәaliyyәtinin atәşlә dәstәklәnmәsi, radioelektron mübarizә vә s. mәqsәdi daşıyır. HDD-nin aviasiyası sahil baza aviasiyası vә göyәrtә aviasiyasından (aviasiya gәmilәrinin göyәrtәsindәn qalxıb-enәn hücum, qırıcı, qayıqәleyhinә, kәşfiyyat, radioelektron mübarizә, yanacaq tәchizatı vә s. tәyyarәlәri; nәql., döyüş vә s. helikopterlәri; pilotsuz uçuş aparatları) ibarәtdir.

SU-35 qırıcı tәyyarәsi (RF).










