Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRBİ CANİLƏR
    HƏRBİ CANİLƏR – sülhә vә bәşәriyyәtә qarşı cinayәtlәrin, hәmçinin hәrbi cinayәtlәrin tәşkilatçıları, tәhrikçilәri, başçıları vә icraçıları. H.c.-in fәrdi cinayәt mәsuliyyәti haqqında normalar müharibәnin qanunları vә adәtlәri haqqında bir sıra müqavilә vә konvensiyalarda, o cümlәdәn Moskva müşavirәlәri (1941–43) vә s. qәrarlarda tәsbit olunmuşdur. Sonralar beynәlxalq cinayәt tribunallarının nizamnamә vә hökmlәrindә H.c. üçün nәzәrdә tutulmuş cinayәt mәsuliyyәtinin tәrkibi vә növlәri daha konkret formulә edildi. Cenevrә konvensiyaları (1949) dövlәtlәrin qarşısında konvensiyanın bu vә ya digәr maddәsini pozanların, yaxud pozmağı әmr etmiş şәxslәrin effektiv cinayәt cәzasına çatdırılmasını tәmin edәn milli qanunları qәbul etmәk öhdәliyi qoyur. H.c.-in 2 qrupu fәrqlәndirilir: 1-ci qrupa (әsas H.c.) hәm öz әmәllәri, hәm dә onların cinayәtkar әmr vә niyyәtlәrinin icraçıları üçün cavabdeh olan şәxslәr (dövlәt xadimlәri, hәrbi vәzifәlilәr vә b.); 2-ci qrupa hәrbi cinayәtlәrin bilavasitә icraçıları, yәni cinayәtkar әmrlәri hәyata keçirәnlәr, yaxud şәxsi tәşәbbüslәri ilә cinayәt etmiş şәxslәr daxildir. H.c.-i cәzalandırmaq üçün beynәlxalq mәhkәmәlәr yaradıla bilәr [bax Nürnberq proseslәri (1945–49) vә Tokio prosesi (1946–48)], yaxud onlar ayrı-ayrı dövlәtlәrin mәhkәmәlәrinә cәlb oluna bilәrlәr. H.c.-in cinayәt mәsuliyyәti haqqında beynәlxalq hәrbi tribunalların hökmlәrindә formulә edilmiş norma tәcavüzkar müharibәnin әn ağır beynәlxalq cinayәt kimi pislәnmәsi vә qadağan edilmәsi faktının mәntiqi vә hüquqi nәticәsidir. BMT-nin Baş Assambleyası 1973 ildә hәrbi cinayәtlәrdә vә bәşәriyyәtә qarşı cinayәtlәrdә müqәssir bilinәnlәrin aşkar olunması, hәbsi, tәhvil verilmәsi vә cәzalandırılması sahәsindә Beynәxalq әmәk daşlıq prinsiplәrini tәsdiq etdi; bu prinsiplәrә әsasәn bu cür cinayәtlәr, nә zaman törәdilmәsindәn asılı olmayaraq, tәhqiq edilmәli, onları törәdәnlәr isә axtarışa verilmәli, hәbs olunaraq cinayәt mәsuliyyәtinә cәlb edilmәli, tәqsirlәri sübut olunduğu halda cәzalandırılmalıdırlar. Sonra bu normalar BMT-nin Tәhlükәsizlik Şurasının keçmiş Yuqoslaviya (1993) vә Ruanda (1994) üzrә Beynәlxalq tribunallarının yaradılması haqqında qәrarlarında tәsbit olundu. H.c.-in tәhvil verilmәsinә aid beynәlxalq hüquqi norma tәhvilvermә haqqında ikitәrәfli sazişin olub-olmamasından vә hәmin şәxslәrin öz ölkәlәrinin vәtәndaşı, yaxud әcnәbi olmalarından asılı olmayaraq dövlәtlәr qarşısında H.c.-in verilmәsi öhdәliyini qoyur. Bu norma hәrbi cinayәtlәrin әrazi mәhkәmә aidiyyәtini tәsbit edir, yәni bu cinayәtlәri törәdәnlәr әrazisindә cinayәtin törәdildiyi dövlәtә tәhvil verilmәlidirlәr. H.c. üçün cәzalandırma müddәti yoxdur, onlar sığınacaq hüququndan istifadә edә bilmәzlәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU