HƏRBİ DEMOKRATİYA – ibtidai icma quruluşundan erkәn siyasi quruluşa (dövlәtә) keçid mәrhәlәsindә hakimiyyәt münasibәtlәri sistemini bildirmәk üçün L.Q.Morqan tәrәfindәn tәtbiq edilmiş anlayış. Xalq mәclisi, ağsaqqallar şurası vә hәrbi rәhbәr arasında nüfuz uğrunda mübarizә H.d. üçün sәciyyәvidir. F.Engels vә marksist tarixçilәr soyğunçu müharibәlәrin daimi fәaliyyәt növünә çevrildiyi ibtidai icma quruluşunun son dövrünü (“ibtidai icma quruluşunun dağılması epoxası”) H.d. adlandırırdılar. Müasir elmi әdәbiyyatda “H.d.” termini tәdricәn istifadәdәn çıxır.










