Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRBİ DOKTRİNA
    HƏRBİ DOKTRİNA – dövlәtdә (dövlәtlәr koalisiyasında) siyasi mәqsәdlәrә çatmaq üçün hәrbi qüvvәdәn istifadә, hәrbi vәzifәnin xarakteri vә onların icrası üsulları, hәrbi quruculuğun әsas istiqamәtlәri sahәsindә rәsmәn qәbul olunmuş görüşlәr sistemi. O, hәrbi sahәdә milli tәhlükәsizlik konsepsiyasının müddәalarını konkretlәşdirir, konkret tarixi mәrhәlәdә dövlәtin hәrbi siyasәtinin әsas istiqamәtlәrini sәciyyәlәndirir. H.d.-nı dövlәtin siyasi vә hәrbi rәhbәrliyi formalaşdırır. Onun müddәaları normativ qüvvәyә malikdir vә dövlәt orqanları, hәrbi kadrlar üçün mәcburidir. H.d.-nın mәzmunu hәrbi-siyasi bәyannamәlәrdә, milli tәhlükәsizlik, müdafiә vә hәrbi quruluculuq mәsәlәlәri ilә bağlı qanun verici orqanın vә hökumәtin verdiyi hüquqi aktlarda, silahlı qüvvәlәrin (SQ) döyüş fәaliyyәtini müәyyәnlәşdirәn sәnәdlәrdә, ümumhәrbi nizamnamәlәrdә vә әsas әmrlәrdә, dinc dövrdә SQ-nin hәyat vә fәaliyyәtini reqlamentlәşdirәn tövsiyә vә tәlimatlarda әks olunur. H.d., bir qayda olaraq, dövlәtin hәrbi tәhlükәsizlik tәminatının hәrbi-siyasi, hәrbi-strateji vә hәrbi-iqtisadi әsaslarını ehtiva edir. Hәrbi-siyasi әsaslar beynәlxalq alәmdә qüvvәlәr nisbәtini açan, müharibә vә silahlı münaqişәlәrin yaranma ehtimalını vә mümkün olan mәnbәlәrini, onların sosial-siyasi mahiyyәtini, hәrbi tәhlükәsizliyә qarşı әsas xarici vә daxili tәhdidlәri, hәrbi tәhlükәsizlik tәminatının mәqsәd, vәzifә vә әsas prinsiplәrini, dövlәtin hәrbi tәşkilatlanmasının inkişafı vә rәhbәrliyinin mәqsәdlәrini göstәrәn müddәalardan ibarәtdir. Hәrbi-strateji әsaslar ehtimal olunan müharibә vә silahlı münaqişәlәrin xarakteri vә operativ-taktiki xüsusiyyәtlәrinin tәhlilini, tәcavüzü dәf etmәk, antikonstitusion fәaliyyәtdәn vә qanunazidd silahlı zorakılıqdan müdafiә olunmaq üçün SQ-nin vә digәr birlәşmәlәrin tәtbiqi üzrә әsas müddәaları ehtiva edir. Hәrbi-iqtisadi әsaslar dövlәtin hәrbi strukturunun maddi bazasının yaradılması, tәkmillәşdirilmәsi vә inkişafının, iqtisadiyyatın sәfәrbәrlik hazırlığının mәnbәlәrini, prinsiplәrini vә әsas istiqamәtlәrini, hәrbi quruculuğun vә dövlәtin müharibәyә hazırlığının әsas istiqamәtlәrini müәyyәnlәşdirir. “H.d.” termini rәsmәn 1960-cı illәrdә tәtbiq edilmiş, siyasi vә hәrbi-texniki faktorlarla şәrtlәnmişdi. Beynәlxalq alәmdә bir-birinә qarşı duran iki hәrbi-siyasi blok – Şimali Atlantika Müqavilәsi Tәşkilatı (NATO) vә Varşava Müqavilәsi Tәşkilatı meydana gәlmiş vә onlar arasındakı müxtәlif (o cümlәdәn ideoloji) barışmaz ziddiyyәtlәr “soyuq müharibә”nin yeni dünya müharibәsinә çevrilmәsi tәhlükәsini yaratmışdı. 1960-cı illәrin sonlarında Qәrb vә Şәrq ölkәlәri arasındakı gәrginliyin sәngimәsi baş verdi ki, bu da hәr iki blokun H.d.-larında dәyişikliyә sәbәb oldu. 1990-cı illәrin әvvәllәrindә dünyada yaranmış yeni reallıqlarla (SSRİ-nin vә Varşava blokunun dağılması) bağlı olaraq ABŞ-da vә NATO-nun digәr ölkәlәrindә bir sıra dәyişikliklәr baş verdi. Milli vә koalisiya H.d.-larının yenidәn işlәnmәsi daha tam şәkildә Şәrqi Avropa ölkәlәri vә keçmiş SSRİ-nin әrazisin dә meydana gәlmiş dövlәtlәrlә әlaqәlәrin inkişaf etdirilmәsi prinsipini elan etmiş “NATO-nun yeni strateji konsepsiyası”nda әks olundu. Böhranlara nәzarәt, istәr BMT-nin bayrağı altında, istәrsә dә alyansın öz tәşәbbüsü ilә mәcburetmәnin güc vasitәlәrindәn istifadә etmәklә sülhün bәrpası vә qorunması üzrә әmәliyyatlarda iştirak NATO-nun әsas funksiyalarından biri kimi qәbul edildi. NATO-nun Şәrqә doğru -genişlәnmәsi bәyan edilmişdir vә praktiki olaraq hәyata keçirilir. Azәrb. Resp.-nın H.d. Azәrb. Resp.-nın Milli Mәclisinin qәrarı ilә (2010) tәsdiq edilmişdir vә Azәrb. Resp.-nın milli tәhlükәsizliyinin tәminatı strategiyasının tәrkib hissәsi olaraq, insanın, cәmiyyәtin vә dövlәtin hüquq vә mәnafelәrinin daxili vә xarici hәrbi vә digәr tәhdidlәrdәn qorunmasına yönәlmiş hәrbi tәhlükәsizlik sisteminin konseptual әsasını müәyyәnlәşdirәn sәnәddir. Azәrb. Resp.-nın milli tәhlükәsizlik siyasәtinin tәrkib hissәlәrindәn biri Azәrb. Resp.-nın hәrbi sahәdә vә digәr sahәlәrdә milli maraqların tәmin edilmәsinә yönәlmiş müdafiә siyasәtidir. Müdafiә siyasәtinin mәqsәdlәri, әsasları vә prinsiplәri Azәrb. Resp.-nın milli tәhlükәsizlik konsepsiyasında, habelә hәmin konsepsiyanın hәrbi tәhlükәsizliklә bağlı müddәalarının reallaşdırılmasını vә onların inkişafını istiqamәtlәndirәn H.d.-da әks olunur. H.d. hәrbi tәhlükәsizliyә qarşı tәhdidlәrin vaxtında aşkarlanması, tәhlil edilmәsi, qiymәtlәndirilmәsi, qarşısının alınması, onlara yetәrli müqavimәtin göstәrilmәsi, dövlәtin, әhalinin vә әrazinin müdafiәyә hazırlanması, sәmәrәli hәrbi tәhlükәsizlik sisteminin yaradılması, müharibә vә silahlı münaqişәlәrin qarşısının alınması, silahlı tәcavüzün dәf edilmәsi ilә bağlı mәsәlәlәrә dair Azәrb. Resp.-nın mövqeyini әks etdirir. H.d.-nın müddәaları Azәrb. Resp.-nın hәrbi tәhlükәsizliyinin tәmin edilmәsinә yönәldilmiş hәrbi, siyasi, iqtisadi, sosial, informasiya, hüquqi vә digәr tәdbirlәrin әlaqәlәndirilmәsi vasitәsilә dövlәt vә yerli özünüidarәetmә orqanları, SQ vә başqa silahlı birlәşmәlәr tәrәfindәn hәyata keçirilir. H.d.-nın әsasını Azәrb. Resp.-nın Konstitusiyası, qanunları vә digәr normativ-hüquqi aktları, Milli tәhlükәsizlik konsepsiyası, milli tәhlükәsizlik sahәsindә digәr konseptual sәnәdlәr, habelә Azәrb. Resp.-nın tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәr tәşkil edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU