HƏRBİ ƏMƏKDAŞLIQ – iki, yaxud daha çox dövlәtin vә onların silahlı qüvvәlәrinin ümumi hәrbi-siyasi mәqsәdlәrinә çatmasına yönәlmiş birgә hәrbi fәaliyyәti. H.ә.-ın mәzmununa onun iştirakçılarının hәrbi siyasәti hәlledici tәsir göstәrir. H.ә. iştirakçılarının ümumi mәqsәdlәrinin әsasını onların siyasi, iqtisadi vә digәr maraqları tәşkil edir. H.ә. hәm dinc, hәm dә hәrbi şәrait dә hәyata keçirilir. O, әsasәn, beynәlxalq münasibәtlәrin kәskinlәşmәsi, hәmçinin dövlәtlәr vә onların koalisiyalarına real hәrbi tәhlükә zamanı, silahlı münaqişәlәr yaranarkәn, müharibәlәr aparılarkәn daha intensiv xarakter alır. Dövlәtlәrin öz sәylәrini birlәşdirmәsi nәticәsindә H.ә. onların hәrbi qüdrәtini artırır, müstәqil surәtdә hәlli çәtin vә ya mümkün olmayan hәrbi-siyasi mәqsәdlәrini uğurla hәyata keçirmәyә kömәk edir.










