HƏRBİ ƏMƏLİYYAT MEYDANI – hәrbi әmәliyyatların gedәcәyi ehtimal edilәn vә ya getdiyi müәyyәn әrazi (dәniz vә hava әrazisi daxil olmaqla); bir qayda olaraq müharibә meydanının bir hissәsi. Quru (kontinental) vә dәniz (okean) H.ә.m.-ları olur; onların sәrhәdlәri (öz ölkәsinin vә ehtimal olunan düşmәn әrazilәrini әhatә etmәklә) dinc dövrdә müәyyәn edilir.










