HƏRBİ ƏSİRLƏR – müharibә zamanı düşmәn tәrәfin әlә keçirdiyi vә hәrbi әsir rejiminin (müharibә edәn dövlәtin düşmәn tәrәfin şәxslәrini silahlı mübarizәdә iştirakını istisna etmәk mәqsәdilә onların azadlığını mәhdudlaşdırmaqla müşayiәt olunan müvәqqәti saxlaması) şamil edildiyi kombatantlar vә b. şәxslәr. H.ә. aşağıdakılardır: müharibә edәn tәrәflәrin silahlı qüvvәlәrinin (SQ) şәxsi heyәti, o cümlәdәn SQ tәrkibindәki qeyri-nizami qoşunların vә könüllü dәstәlәrin şәxsi heyәti; digәr qeyri-nizami qoşun vә könüllü dәstәlәrin şәxsi heyәti vә Müqavimәt hәrәkatının iştirakçıları; SQ-nin tәrkibinә daxil olmayan şәxslәr (hәrbi müxbirlәr, hәrbi tәyyarәlәrin, mülki aviasiya tәyyarәlәri vә ticarәt donanması gәmilәrinin ekipaj üzvlәri, işçi komanda vә xidmәtlәrin şәxsi heyәti olan mülki şәxslәr); işğal olunmamış әrazilәrin düşmәn yaxınlaşarkәn kortәbii şәkildә әlinә silah alan, müharibәnin qanun vә adәtlәrinә riayәt edәn әhalisi. Müharibә edәn tәrәflәr hәrbi әsir rejiminә әmәl etmәyә borcludurlar: H.ә. onları әlә keçirmiş ayrı-ayrı şәxslәrin vә ya dәstәlәrin deyil, dövlәtin hakimiyyәti altında olduğundan, onların saxlanması üçün mәsuliyyәt dövlәtin üzәrinә qoyulur; H.ә. onları әsir saxlayan ölkәnin qanunlarına, nizamnamәlәrinә vә göstәrişlәrinә tabedirlәr vә onları pozduqlarına, o cümlәdәn qaçmaq cәhdinә görә yalnız intizam cәzasına mәruz qala bilәrlәr; H.ә. hәrbi cinayәt, yaxud bәşәriyyәtә qarşı cinayәt törәtdiklәri halda mәhkәmәyә cәlb edilmәlidirlәr vә artıq H.ә. kimi nәzәrdәn keçirilә bilmәzlәr; H.ә.-in irqi, dini, milli vә digәr әlamәtlәrә görә hәr hansı ayrı-seçkiliyi qadağandır; H.ә.-ә tibbi xidmәt, onların әrzaq vә geyim tәminatı onların sağlamlığını qoruyub saxlamağa yetәrli olmalıdır; H.ә. yazışma, zorakılıq, tәhdid vә tәhqirdәn müdafiә, şәxsiyyәt vә lәyaqәtlәrinә hörmәt hüququna malikdirlәr; onlara qarşı repressiyaların tәtbiqi qadağandır, elmi, yaxud tibbi tәcrübәlәrә cәlb edilә bilmәzlәr; H.ә. bilavasitә hәrbi әmәliyyatlarla bağlı olmayan işlәrә cәlb oluna bilәrlәr; hәrbi әmәliyyatlar bitәn zaman H.ә. mümkün olan әn qısa zamanda vәtәnlәrinә qaytarılmalıdırlar. H.ә. statusu muzdlulara şamil edilmir. Tarixәn H.ә.-in vәziyyәti, әsasәn, beynәlxalq adәtlәr vә müharibә edәn tәrәflәrin iki tәrәfli müqavilәlәri ilә müәyyәnlәşirdi. H.ә.-lә davranışı tәnzimlәyәn beynәlxalq- hüquqi normalar ilk dәfә Rusiyanın tәşәbbüsü ilә Brüssel deklarasiyasında (1874) tәsbit edilmiş vә Haaqa konvensiyalarında mәcәllәlәşdirilmişdir. H.ә.-lә bağlı müddәalar 1929 vә 1949 il Cenevrә konvensiyalarında, hәmçinin Cenevrә konvensiyalarına (1949) I vә II Əlavә protokollarda (1977) konkretlәşdirilmiş vә inkişaf etdirilmişdir. 1-ci dünya müharibәsindә müharibә edәn tәrәflәr H.ә. haqqında beynәlxalq hüquqi aktları tez-tez pozur, 2-ci dünya müharibәsindә isә Almaniya vә Yaponiya onlara ümumiyyәtlә mәhәl qoymurdu. Mәs., 3 mln.-dan artıq sovet H.ә. ölüm düşәrgәlәrindә mәhv edilmiş, yaxud qeyri-insani davranış nәticәsindә hәyatlarını itirmişlәr. Nürnberqdә Beynәlxalq hәrbi tribunal bu cür fәaliyyәti hәrbi cinayәt, sülhә vә bәşәriyyәtә qarşı cinayәt kimi tövsif etmişdir. Böyük Vәtәn müharibәsi gedişindә vә müharibәdәn sonrakı illәrdә әsirlikdә olmuş sovet vәtәndaşlarına qarşı SSRİ-dә repressiyalar, hәmçinin onların ailә üzvlәrinә münasibәtdә kobud qanun pozuntuları hәyata keçirilmiş vә bu hallar 1950-ci illәrin sonlarında ölkә rәhbәrliyi tәrәfindәn tanınaraq pislәnmişdi. H.ә.-in beynәlxal-hüquqi statusu problemlәri, müharibәlәrdә onların sayı vә s. mәsәlәlәrlә Hәrbi әsirlәrin problemlәri üzrә beynәlxalq in-t (1989 ildә yaradılmışdır, ABŞ-da yerlәşir) mәşğul olur. Bir çox ölkәnin qanunvericiliyi H.ә.-lә qәddar davranışa görә mәsuliyyәt nәzәrdә tutur.










