HƏRBİ FELDŞER MƏKTƏBİ – Azәrb. Xalq Cümhuriyyәtindә (1918–20) Şuşada tәsis edilmiş (1919) hәrbi-tibb tәhsili müәssisәsi. Tәhsil müddәti 6 ay idi. Dәrslәr müvafiq proqram әsasında Azәrb. Dilindә aparılırdı. H.f.m.-nә ilkin hәrbi hazırlıq keçmiş vә feldşer olmağı arzulayan әsgәrlәr, hәmçinin 30 yaşınadәk mülki şәxslәr qәbul olunurdular.










