Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏRBİ GƏMİ 
    HƏRBİ GƏMİ – hәrbi-dәniz donanmasının tәrkibinә daxil olan, müәyyәn döyüş tapşırığını vә xüsusi tapşırığı yerinә yetirә bilәn gәmi. H.g. raket torpeda, artilleriya silahları vә s. döyüş sursatı ilә tәchiz edilir, onlardan bәzilәri tәyyarә, helikopter daşıyır. Hәr bir H.g.-dә bir neçә cür silah qoyulur, bunlardan biri әsas, qalanı isә yardımçı silah sayılır. Gәmini vә ondakı silahları idarә etmәk, müşahidә vә rabitә mәqsәdlәri üçün H.g.-dә radioelektron vә digәr texniki avadanlıq quraşdırılır. H.g. buxar, dizel, qaz-turbin vә qarışıq energetika qurğuları (mәs., dizel-elektrik, yaxud dizel-turbinli), 20 әsrin 50-ci illәrindәn isә atom energetika qurğuları vasitәsilә hәrәkәtә gәtirilir. Avarla hәrәkәtә gәtirilәn, müxtәlif formalı kiçik taxta H.g.-lәr (triyera, unirema, birema vә s.) eramızdan çox әvvәl Misir, Krit, Finikiya, Qәdim Yunanıstan vә Romada meydana gәlmişdir. Əsas silahı taran vә atıcı maşınlar (ballist vә katapultlar) idi. 7 әsrdә Venesiyada daha sürәtli avarlı H.g. – qaleralar yaradıldı. 10–11 әsrlәrdә әsas hәrәkәtvericisi avarla yanaşı, yelkәn olan tәkmillәşdirilmiş H.g.-lәr düzәldildi. Yelkәnli donanmaya tam keçid 18 әsrdә başa çatdı. Yelkәnli H.g.-nin әsas silahı artilleriya idi. 19 әsrin 1-ci yarısı yelkәnli gәmilәrdәn buxar (tәkәrli), 40-cı illәrdәn isә avar vintli buxar H.g.-lәrinә keçid dövrü idi. Sonralar buxar turbinlәrindәn, neft yanacağından istifadә, artilleriyanın tәkmillәşdirilmәsi, radiotexnikanın vә elek trotexnikanın, aviasiyanın, mina vә torpeda silahlarının inkişafı zirehli gәmi, “drednout”, xәtti gәmi (linkor) kreyser, mina vә aviasiya gәmilәri, sualtı qayıq vә s. yaradılmasına sәbәb oldu. 20 әsrin 50–70-ci illәrindә raket-nüvә silahı, әn yeni radio-elektron hesablama-hәlletmә qurğuları, naviqasiya vә rabitә vasitәlәri ilә tәchiz edilmiş atom sualtı qayıqları vә atom energetika qurğulu suüstü H.g. yaradıldı. Müasir H.g.-lәr mәqsәdinә, silahına vә su basımına görә siniflәrә, yarımsiniflәrә vә tiplәrә, mәnsub olduğu silahlı qüvvә növünә görә sualtı vә suüstü; mühәrrikinin tipinә görә isә atom vә adi energetika qurğulu H.g.-lәrә ayrılır. Bir çox dövlәtlәrin HDD-nin sәrәncamında müxtәlif döyüş gәmilәri – aviasiya gәmilәri, raket, raket-artilleriya, mina әleyhinә, desant, sürәtli (havayastıqlı, sualtı qanadlı) vә digәr suüstü gәmilәr var. İdarәedici vә nişançı gәmilәr, radiolokasiya kәşfiyyat gәmisi, gәmi-retranslyator (etibarlı rabitәni tәmin etmәk üçün) vә s. xüsusi mәqsәdli H.g.-lәrә aid edilir. Müasir sualtı qayıqların subasımı 20000 t vә daha çox, su altında üzmә sürәti 75 km/saat-a -dәkdir. İri aviasiya gәmilәrinin subasımı 70000 t, üzmә mәnzili 14800 km-dir. Desant gәmilәrinin sürәti 110 km/saat vә daha çoxdur. H.g.-nin layihәsi dәnizdә hәrbi mübarizә vasitәlәri vә üsulları, hәmçinin düşmәnin mümkün hәrbi imkanları nәzәrә alınmaqla hazırlanır. Adi gәmilәrdәn fәrqli olaraq, H.g. yaradılarkәn spesifik hәrbi mәsәlәlәr (döyüş davamlılığı, sudabatmamazlıq, fiziki sahәlәrdәn mühafizә vә s.) hәll edilmәlidir. H.g.-nin bütün sistemlәrinin qurulması böyük elmtutumlu vә mürәkkәbdir. H.g.-nin texniki mürәkkәbliyi onun qurulmasına uzun müddәt (10 il vә daha çox) sәrf edilmәsinә sәbәb olduğundan gәminin taktiki-texniki elementlәrinin perspektivlik sәviyyәsi vә sonradan modernlәşdirmә imkanları tәmin edilmәlidir.
    SSN-774 “Virciniya” sualtı gәmisi (ABŞ).
    “Mistral” tipli universal helikopterdaşıyan gәmi (Fransa).
    SVN-75 “Trumen” aviadaşıyıcısı (ABŞ).
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU