HƏRBİ HİSSƏ, ә s g ә r i h i s s ә – bütün silahlı qüvvә növlәrindә tәşkilati cәhәtdәn müstәqil taktiki, inzibati-tәsәrrüfat vahidi. H.h.-yә bütün alaylar, birinci, ikinci, üçüncü dәrәcәli gәmilәr, alayların tәrkibinә daxil olmayan әlahiddә taborlar (divizionlar, eskadrilyalar), hәmçinin tabor vә alayların tәrkibinә daxil olmayan әlahiddә bölüklәr aiddir. H.h.-nin adı (bura H.h.-nin nömrәsi, ştat adı, fәxri adı vә mükafatları aiddir) vә döyüş bayrağı olur.










